Icma.az
close
up
RU
Paşinyan kilsə savaşı pik həddə BAXIŞ BUCAĞI

Paşinyan kilsə savaşı pik həddə BAXIŞ BUCAĞI

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Proses erməni katolikosunun həbsinə doğru irəliləyir

Ermənistanda kilsə-hakimiyyət döyüşü yeni mərhələyə qədəm qoyub. Tərəflərdən birinin gedəcəyi bəllidir və geridönüşü olmayacaq. Paşinyan və onun komandası əllərindəki bütün resurslarını işə salıblar ki, Qaregini kilsənin himayəsindən uzaqlaşdırsınlar. Əslində prosesin sonu üçün hazırlanan plana görə, Paşinyanın məqsədi həm də erməni diasporunu zərərzisləşdirməkdir. Nikol Paşinyan hökuməti artıq öz planını həyata keçirməyin son mərhələsinə yaxınlaşır. Ən son məlumata görə, arxiyepiskop Arşakın həbsindən sonra baş nazir bütün ermənilərin katolikosunun həbsinə keçəcək, çünki sonuncu heç bir güzəştə getmək istəmir. Paşinyan nəyin bahasına olursa-olsun, ona tərəf keçmiş və katolikoslara xəyanət edən keşişlərin sayını artırmaq istəyir.
Hökumətyönlü mənbələrin verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları bununla bağlı işləyir və yaxın vaxtlarda katolikos həbs olunacaq. Hansı əsasla soruşursunuz? Fərqi yoxdur, əsas odur ki, Patriarx “həzrətləri” təcrid olunsun, bundan sonra onun istefa mətni internetdə görünəcək. Və bu məktubun real və ya saxta olmasının heç bir əhəmiyyəti yoxdur. Önəmli olan odur ki, orada II Qareginin istefası mətni var.Ermənistan məhkəməsi cümə axşamı saxlanılan Eçmiədzin arxiyepiskopu Arşak Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Hakim Masis Melkonyan hökm çıxarıb və bununla da müstəntiqin vəsatətini təmin edib. Bu barədə vəkili Arsen Babayan bildirib ki, müstəntiqlərin fikrincə, 2018-ci ildə yepiskop kiməsə bütün ermənilərin katolikosu II Qareginin taxtdan əl çəkməsi tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik maddə qoymaq göstərişi verib. Xaçatryanın bunu etirazçıları gözdən salmaq üçün etdiyi iddia edilir. Vəkil onu da qeyd edib ki, ona qarşı irəli sürülən ittihamın (narkotik alveri) istintaqın özünün təsvir etdiyi hadisə ilə heç bir əlaqəsi yoxdur.Məlum olduğu kimi, baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra onun bəzi tərəfdarları II Qareginə qarşı “Yeni Ermənistan – Yeni Patriarx” hərəkatının təşəbbüskarı olublar. Lakin sonradan təşəbbüs sönüb. Qeyd edək ki, bu, erməni kilsəsinin nəzarətə götürülən dördüncü yüksək rütbəli iyerarxıdır. Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan, arxiyepiskop Mikael Ajapaxyan və Araqatsotn yeparxiyasının primatı yepiskop Mkrtiç Proşyan hazırda istintaq təcridxanasındadır.
Səfirlər Katolikosa qarşı
Erməni diplomatlar baş nazirin tapşırığına əsasən, öz ölkələrindəki Erməni Apostol Kilsəsinin yeparxiyalarının rəhbərlərini hakimiyyət tərəfinə keçməyə inandırmalıdırlar. Ermənistanın baş naziri Nikol Paşinyan səfirləri bütün ermənilərin katolikosu II Qareginə qarşı kampaniyaya cəlb edib. Baş nazir xaricdə akkreditə olunmuş diplomatlara yerləşdikləri ölkələrdəki Erməni Apostol Kilsəsinin yeparxiyalarının rəhbərləri ilə “izahat işi” aparmağı və onları hökumətin tərəfinə çəkməyi tapşırıb, bunun müqabilində müəyyən “imtiyazlar” vəd edib.ABŞ-dakı Erməni Apostol Kilsəsinin Qərb Yeparxiyasının Primatı, arxiyepiskop Hovnan Terterian II Qareginin vəzifəsindən uzaqlaşdırılacağı təqdirdə Katolikos taxt-tacı vəd edilib. Terterian katolikosu istefaya çağıran son petisiyanı imzalayanlardan biridir. Arxiyepiskopla danışıqları Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan aparıb və bu yaxınlarda yepiskop tərəfindən təmtəraqlı qəbul edilib. Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma baş nazir Nikol Paşinyanın din xadimlərinin ünvanına sərt ifadələri və dövlət üçün əsas rolu nəzərdə tutan katolikosun seçilməsi prosedurunu dəyişdirmək təşəbbüsündən sonra daha da güclənib. Bu fonda arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Ajapaxyan, həmçinin yepiskop Mkrtiç Proşyan əvvəllər müxtəlif ittihamlarla həbs ediliblər.Noyabrın 27-də hökumətyönlü sosial mediada bir qrup erməni apostol kilsəsi iyerarxının imzaladığı bəyanatın yayılması ilə gərginlik daha da güclənib. Onlar katolikos II Qaregini arxiyepiskop Arşak Xaçatryanın “küfr əməlini” ört-basdır etmək cəhdində günahlandırıb, internetdə yayılan intim videolara istinad edərək (arxiyepiskop Xaçatryanın özü bu işdə iştirakını inkar edir) və Patriarxın bununla “küfrə himayədarlıq etdiyini” iddia ediblər. Həmin gün bəyanat müəllifləri baş nazir Paşinyanla görüşüblər. Noyabrın 29-da 10 ölkə yeni bəyanat yayaraq, katolikosu könüllü olaraq taxtdan əl çəkməyə çağırıb, onu özbaşına idarəçilikdə, siyasətə qarışmaqda və Kilsə başçısının missiyası ilə bir araya sığmayan digər hərəkətlərdə ittiham edib.Ermənistan fraksiyasının üzvü Qarnik Danielyan arxiyepiskop Arşakın həbsi və hakimiyyətin anti-kilsə siyasəti ilə bağlı bəyanat yayıb. Bu hadisədən əvvəl arxiyepiskop Arşak MTN əməkdaşları tərəfindən İstintaq Komitəsində həbs edilib. Video yazıları dərc edildikdən sonra arxiyepiskop Arşak ona qarşı təzyiqlər edildiyini bildirdi. Bir qrup yepiskopun icra hakimiyyətinin başçısı ilə görüşündən sonra erməni kilsəsinin arxiyepiskopları və yepiskoplarının katolikosa sədaqətlərini ifadə etdikləri bəyanat yayılıb.Zaman amili çox vacibdir, hadisələr sürətlə dəyişir. Onu da nəzərə almalıyıq ki, Nikol Paşinyan üçün bu, seçkiqabağı dövrdür və kilsə mövzusu onun təşviqat vasitələrindən biridir, o cümlədən müəyyən xarici qüvvələrin loyallığını qazanmaqdır. Ona görə də istisna etmək olmaz ki, seçki məqsədlərinə nail olduqdan sonra Paşinyanın bu məsələdə motivasiyası qismən zəifləyə bilər.

V.VƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri