Icma.az
close
up
RU
Paşinyan Makron, Putin və Pezeşkiana zəng vurdu Onlar nə danışıb?

Paşinyan Makron, Putin və Pezeşkiana zəng vurdu Onlar nə danışıb?

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin mətni üzrə işlərin yekunlaşmasında sonra Vladimir Putin, Emmanuel Makron və Məsud Pezeşkiana zəng vuraraq bu barədə məlumatlar verib.

Maraqlıdır, Paşinyanın bu addımının pərdəarxası məqamı nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında  politoloq Aqşin Kərimov bildirib ki, Paşinyanın telefon diplomatiyasının ünvanları sülh gündəmi üzrə razılaşdırılmamış məsələlər ətrafında Ermənistanın Moskva, Paris və Tehrandan dəstək gözləntilərini ifadə edir. 

Onun sözlərinə görə, bu, Ermənistanın Donald Tramp administrasiyasından dəstək ala bilməməsinə verilən refleksdir. Eyni vaxtda, Azərbaycanla sərhəddə erməni qoşunlarının fəallaşması sülhə olan ümidlərə baxmayaraq, İrəvanın inandığı vədlər əsasında hərbi kampaniya üçün fürsətcilliyini göstərir. 

A.Kərimov qeyd edib ki, Avropada Azərbaycanın tərəfdaşlarına qarşı kampaniya güclənir və təbii ki, bu, ABŞ-Rusiya razılıqları üzrə qurulan tamaşadır:

“Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə diplomatiya və digər resurslarını ABŞ-Rusiya anlaşmalarının doğura biləcəyi regional nəticələrə kökləyəcək.  Çünki əksər regionlar Tramp-Putin danışıqları və mümkün sövdələşmələrin ağırlığını hiss edir. Böyüyən və qlobal oyunçu statusu qazanan Türkiyənin hər yerdə maraqları olan bir aktor kimi daha diqqətli yanaşmalara məcburdur. Misal üçün, Serbiyadakı həssas durumun daha da tündləşməsi ilə Balkan regionunun problemləri arta bilər. Digər hədəf isə Macarıstandır. Balkan regionu Türkiyə xarici siyasətində kritikliyi ilə seçilir”. 

Politoloq nəzərə çatdırıb ki, İranın Yəməndəki proksi qanadı Husilərə qarşı ABŞ-nin hava hücumları genişlənib və ehtimalla bu, Moskva ilə Vaşinqton arasındakı Yaxın Şərqdəki sövdələşmə istiqamətlərinin göstəricilərini verir:

“Hərçənd ki, Husilər təkcə İrandan deyil, Rusiya və Çin şəbəkələrindən də dəstək alır. ABŞ Husilərə qarşı əməliyyatlarla Rusiya və Çinlə dəniz resursları uğrunda mübarizəni davam etdirir.  Lakin Rusiya ilə sövdələşmənin bəndləri İrana qarşı effektiv təzyiq kimi daha aktuallıq kəsb edir. Üstəlik, bu yaxınlarda Çinin Tayvan ətrafında hərbi hərəkətliliyini artırması Vaşinqtonla Pekin arasındakı mümkün güzəşt sahələrini müəyyən etməyə imkan verir. Bununla belə, Vaşinqton-Pekin əlaqələrində xeyli mübahisələr var və ehtimalla Tramp Çinin Cənubi Qafqazda da profilini gücləndirməsi faktı ilə barışmaq istəmir. Deməli, ABŞ ilə Çinin digər rəqabət meydanı Cənubi Qafqazdır və məsələ burasındadır ki, bu iki gücdən heç biri hazırda Ermənistana dəstəkdən uzaq qaçırlar”. 

A.Kərimov onu da əlavə d edib ki, Azərbaycan sülh gündəmindəki yanaşmalarını daha geniş bir ölçü ilə yenidən prioritetləşdirəcək:

“Ukraynadakı vəziyyət fonunda Avropanın təhlükəsizlik gələcəyi, Cənubi Qafqaz regionu, Yaxın Şərq və Çinin hərəkətlərinin doğuracağı beynəlxalq nəticələr diqqətlə izlənilir.  Nikol Paşinyanın Ermənistanı qorumaq instinktləri Yaxın Şərqdə məğlub olan İranın Cənubi Qafqazda aktiv siyasət yürütməsinə nail olmağa çalışmağa əsaslanır. Lakin Paşinyanın Rusiya-İran-Fransa üçbucağı yarada bilmək ehtimalları yoxdur. Azərbaycanın Rusiya, ABŞ, İranla danışıqlar əsnasında Ermənistanın təhlükəsizlik zəmanətlərini Türkiyə ilə birlikdə yaratmaq səylərini aydınlaşdıracaq.  Bu, Zəngəzur dəhlizinin açılması üçün yaranmış geosiyasi məqamlarda açar ola bilər. Ancaq Cənubi Qafqazda ABŞ ilə Rusiyanın bir-birlərinin təsirlərini cilovlamaq üçün əvvəlki illərdəki kəskin rəqabəti indi konstruktiv sövdələşmələrlə əvəzlənir. Bu, yeni konyunktura yaradılması və onun nüfuz dairələrinə bölünməsi səylərinin bir hissəsidir”. 

O sonda vurğulayıb ki, Azərbaycan həmin konyunkturada belə çox güclü əl olacaq, lakin Fransa və İranın Ermənistana əhatəli müttəfiq yanaşmaları getdikcə daha zəifləyəcək. 

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Mart 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri