Paşinyan Makronla görüşdü, bəhanə Süni İntellekt oldu
Aznews.az-dan verilən məlumata əsasən, Icma.az bildirir Paşinyan Makronla görüşdü, bəhanə Süni İntellekt oldu.
Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan danışıqlar prosesi və ikitərəfli münasibətlər müzakirə olunub.
"Paşinyan və Makron Ermənistanla Azərbaycan arasında sülh prosesini, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesini, eləcə də regional kommunikasiyaların blokdan çıxarılmasını müzakirə ediblər. Eyni zamanda, regional əhəmiyyətli bir sıra digər məsələlər də müzakirə olunub",
- Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
İrəvan mediasının məlumatına görə, Paşinyan Fransaya işgüzar səfərə Süni İntellekt üzrə Fəaliyyət Sammitində (Sommet pour l'action sur l'Intelligence Artificielle) iştirak etmək üçün gedib.
AzNews.az
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)