Paşinyan Mirzoyanı “Tramp yolu” ilə bağlı nümayəndə təyin etdi
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan “Tramp yolu” layihəsi üzrə qanun layihələrinin parlamentdə müzakirəsində hökuməti təmsil edəcək.
Modern.az xəbər verir ki, Ermənistan Baş nazirinin qərarı ilə Mirzoyan ABŞ və Ermənistan arasında “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası ilə bağlı qanun layihəsinin parlamentdə müzakirəsi zamanı hökumətin nümayəndəsi təyin olunub.
Bundan başqa, Ararat Mirzoyan parlamentdə “Sülh Şurasının Nizamnaməsinin ratifikasiyası haqqında” qanun layihəsinin müzakirəsində də Ermənistan hökumətinin nümayəndəsi olacaq.
Qeyd edək ki, iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.
Sənəd mayın 26-da Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı.
Baxış sayı:155
Bu xəbər 23 Sentyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















