Icma.az
close
up
RU
Paşinyan müxalifətə hərbə zorba gəldi

Paşinyan müxalifətə hərbə zorba gəldi

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Pashinyan yenidən müxalifətə qarşı sərt açıqlamalar verib və bildirib ki, siyasi rəqiblərinin deputat mandatlarından imtina etməsi “100 faiz legitimliyə malik parlamentin formalaşmasına” gətirib çıxaracaq.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə, yeni çağırış parlementin işində iştirakdan imtina edə biləcək müxalif qüvvələrlə bağlı müzakirələri şərh edərkən danışıb.

“Əgər müxalifət mandatları qəbul etməkdən imtina etsə, biz 100 faiz legitim parlamentə sahib olacağıq. Əks halda, parlament tribunasında heç bir siyasi dəyəri olmayan “pul kisələri”ni görməyə məcbur olacağıq”, - deyə Paşinyan bildirib.

O iddia edib ki, seçicilərin səslərini alan yeganə siyasi qüvvə hakim “Vətəndaş müqaviləsi” partiyasıdır. Baş nazirin sözlərinə görə, digər siyasi qüvvələr parlamentə seçki rüşvəti hesabına keçiblər.

Paşinyan həmçinin mətbuatda hakimiyyətin Qagik Sarukyana siyasi sövdələşmə təklif etməsi ilə bağlı yayılan məlumatlara da sərt reaksiya verib.

“Əgər biz Qaqik Sarukyana hər hansı sövdələşmə təklif etsəydik, o diz çökərək gələrdi. Ermənistanda ona heç kim heç bir sövdələşmə təklif etməyib. Buna görə də o, razılaşmalar axtarmaq üçün dünyanı dolaşırdı. Haradasa nəsə tapdı, sonra isə məlum oldu ki, sadəcə onu ələ alıblar (Paşinyanın eyhamı onun Aleksandr Lukaşenko ilə münasibətlərinə yönəlib), özü isə bundan xəbərsiz idi”, – deyə baş nazir bildirib.

Ermənistanda parlament seçkiləri 7 iyunda keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, hakim partiya səslərin 49,825 faizini qazanıb.

İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan alyansı” bloku isə 9,934 faiz səs toplayıb.

Qagik Sarukyanın rəhbərlik etdiyi “”Çiçəklənən Ermənistan” partiyası ilkin nəticələrə əsasən 3,99 faiz səs əldə edib ki, bu da parlamentə keçmək üçün tələb olunan həddən cəmi 0,01 faiz azdır. Partiya səslərin yenidən hesablanması üçün MSK-ya müraciət edib.

Seçici fəallığı 58,94 faiz təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri