Paşinyan nəyə görə sülh sazişini 5 il sonraya uzadır? AÇIQLAMA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan hökümət iclasında bildirib ki, 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir.
Bəs Paşinyanın məhz 2031-ci il qeyd etməsinin əsas səbəbi nədir?
Politoloq Əli Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla yekun sülh sazişini imzalamaq niyyəti olsaydı, bunu ötən illər ərzində edə bilərdi:
"Hər dəfə bir bəhanə çıxararaq bundan boyun qaçırır. Ötən ilin 8 avqustunda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan-Ermənistan arasında sülh sazişi paraflansa da, prosesə beynəlxalq dəstək güclənsə də, Paşinyan bu fürsətdən istifadə etmədi. Ancaq siyasi bəyanatlar verməklə kifayətlənir və özünü sülh göyərçini kimi təqdim etməyə çalışır. İndi də iddia edir ki, yekun sülh sazişinin 2031-ci ildə imzalanmasını hədəfləyir".
Onun sözlərinə görə, beynəlxalq aləmdə sürətli proseslər və Ermənistanda artan revanşist meyillər Paşinyanın özünün həmin vaxtadək hakimiyyətdə qalıb-qalmayacağını şübhə altına salır:
"Ermənistan Baş naziri nəyə ümid edib tarixi 5 il sonraya uzadır? Bunu demək çətindir. Görünür, o, hesab edir ki, 5 il ərzində cəmiyyətini sülhə hazırlaya biləcək və qarşıdakı maneələri dəf edə biləcək. Yaxud Avropaya inteqrasiya olunaraq Moskvanın təsirini minimuma endirəcək. Bunlar yanlış hesablamalarıdır. Bakı Paşinyana maksimum 2027-ci ilin sonunadək imzalanmasını tələb kimi qoymalı və təminatçı qismində çıxış edən ABŞ-nin fəal iştirakına nail olmalıdır".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Oktyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















