Icma.az
close
up
RU
Paşinyan sülh sazişini bilərəkdən uzadır ŞƏRH

Paşinyan sülh sazişini bilərəkdən uzadır ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş nazirin 2031-ci il planının arxasında hakimiyyətdə qalmaq hesabı dayanır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasının 2031-ci ilə qədər başa çatdırılmasını qarşısına məqsəd qoyduğunu açıqlayıb. Halbuki sazişin mətni artıq paraflanıb. Maraqlıdır, Paşinyanın beşillik müddət müəyyənləşdirməsi amillərlə bağlıdır? 

Mövzunu Sherg.az-a şərh dən siyasi ekspert Asif Nərimanlı bildirib ki, Paşinyanın sülh sazişinin imzalanması və ratifikasiyasının 2031-ci ilədək başa çatdırılması ilə bağlı açıqlaması, əslində, onun siyasi hakimiyyətini möhkəmləndirmək və hakimiyyətdə qalmaq strategiyası ilə əlaqəli ola bilər. A. Nərimanlı bildirib ki, Paşinyan və onun hakimiyyət komandasında belə bir narahatlıq mövcuddur ki, sülh sazişi imzalandıqdan sonra onların siyasi missiyasının başa çatdığı barədə təsəvvür yarana bilər:

“Sülh sazişinin imzalanmasında maraqlı olan Azərbaycan, Türkiyə, ABŞ və Qərb ölkələri bu prosesdə Paşinyan hakimiyyətini dəstəkləyirlər. Çünki hazırkı şəraitdə Ermənistanla Azərbaycan arasında sülh sazişini imzalamaq siyasi iradəsi nümayiş etdirən əsas tərəf Paşinyan hakimiyyətidir.

Lakin Paşinyan hesab edir ki, sazişin imzalanması Ermənistandakı revanşist qüvvələrin ona qarşı təzyiqlərini daha da gücləndirə, ölkə daxilində siyasi gərginliyi artıra bilər. Digər tərəfdən, sülh prosesinin başa çatması ilə Ermənistan hakimiyyətinə göstərilən beynəlxalq siyasi dəstəyin zəifləməsi ehtimalı da mövcuddur. Bu isə siyasi gərginliyi artıraraq kütləvi etirazlara və nəticə etibarilə onun hakimiyyətdən uzaqlaşdırılması cəhdlərinə yol aça bilər.

 Bu baxımdan, sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət müəyyənləşdirilməsini Paşinyanın siyasi hesablamaları ilə əlaqələndirmək olar. Görünür, o, bu müddət ərzində həm daxili siyasi mövqelərini möhkəmləndirməyə, həm də beynəlxalq dəstəyi qorumağa çalışır. Yəni 2031-ci il hədəfi yalnız sülh prosesinin yekunlaşdırılması planı deyil, həm də Paşinyanın hakimiyyətdə qalmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

A. Nərimanlı bildirib ki, Paşinyanın sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət müəyyənləşdirməsini parlamentdəki qüvvələr nisbəti ilə də əlaqələndirmək olar:

“Sülh sazişinin imzalanması prosesində əsas məsələlərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi zərurətidir. Son parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat qazansa da, konstitusiya dəyişikliyi üçün tələb olunan üçdəiki səs çoxluğunu əldə edə bilməyib. Hakim komandanın parlamentdə 64 deputatla təmsil olunması, müvafiq dəyişikliyin referenduma çıxarılması üçün isə ən azı 70 deputatın dəstəyinə ehtiyac duyulması Paşinyanın siyasi imkanlarını məhdudlaşdırır. Mövcud vəziyyət Paşinyana beynəlxalq tərəfdaşlar və regionda sülhün əldə olunmasında maraqlı olan ölkələr qarşısında müəyyən arqumentlər irəli sürmək imkanı verir. O, bir tərəfdən sülh prosesinə sadiq olduğunu nümayiş etdirə, digər tərəfdən isə Konstitusiyaya dəyişiklik üçün parlamentdə zəruri səs çoxluğunun olmadığını əsas gətirə bilər. Beləliklə, prosesin ləngiməsini ölkədaxili siyasi reallıqlarla izah etməklə məsuliyyətin bir hissəsini öz üzərindən yayındırmağa çalışa bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri