Icma.az
close
up
RU
Paşinyan sülh sazişini 2026 cı ildən sonraya saxlamaq istəyir ŞƏRH

Paşinyan sülh sazişini 2026 cı ildən sonraya saxlamaq istəyir ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistanda revanşist planların reallaşdırılmasına yönəlik hazırlıqlar müşahidə olunmaqdadır


“Bakının tələb etdiyi Konstitusiya dəyişikliyi icra edilməli, Minsk qrupunun ləğvinə dair birgə müraciətə razılıq verilməlidir”


“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş mətni razılaşdırılıb və danışıqlar başa çatıb. Bu o deməkdir ki, biz sazişin imzalanması üçün müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sənədi imzalamağa hazır olduğumu bəyan etmişəm”. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib ki, Azərbaycan sazişi imzalanmasını iki məsələ ilə əlaqələndirir və bunlar başadüşüləndir: “Birincisi, ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Mən dəfələrlə demişəm ki, bu, Ermənistan Respublikası üçün anlaşılan gündəmdir. Əgər biz Qarabağ məsələsi ilə bağlı səhifəni bağlayırıqsa, münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var? Lakin bu qurumun ləğvi mövzusu daha geniş kontekstdə baxılmalı olan məsələdir. Biz əmin olmaq istəyirik ki, strukturdan imtina edildikdən sonra Azərbaycan ərazisində bağlanan münaqişə daha sonra Ermənistan ərazilərinə keçməyəcək. Məhz bu istiqamətdə narahatlığı aradan qaldırmaq üçün sülh sazişi və ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət sənədini eyni anda imzalamağı təklif etdik”.

Baş nazir Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbinin də anlaşılan olduğunu deyib: “Bakının növbəti tələbi konstitusiya ilə bağlıdır. Onlar Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayırlar. İlk növbədə bu məsələni bir çox ekspertlərin iddia etdiyi kimi bəhanə olaraq deyil, Bakının səmimi narahatlığı kimi dəyərləndirmək lazımdır. Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Bildirməliyik ki, yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyasının mətninin rəsmi şərhini verə bilər. 2024-cü ildə Konstitusiya məhkəməsi Azərbaycanla sərhədin demarkasiya və delimitasiya prosesi üzrə razılaşdırılmış sənədi araşdırdı və Almatı bəyannaməsinə uyğunluğunu təsdiqlədi. Həmçinin burada Azərbaycan və Ermənistan ərazilərinin SSRİ dövründə olduğu vahidlə tanınması da konstitusiyaya əsasən təsdiqini tapır. Fikrimcə, yeni Konstitusiya mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin son qərarı verən Ermənistan xalqı olacaq”. Qeyd edək ki, sözügedən Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı maddənin olduğu bildirilir. Rəsmi Bakı Konstitusiyanın bəyannaməyə əsaslandığını və Qarabağın işğalı üçün rəsmi əsasın yaradıldığını vurğulayıb. Konstitusiyanın dəyişdirilməsi və Müstəqillik Bəyannaməsinə əsaslanmaması tələb edilir.


Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, N.Paşinyan hakimiyyəti də çox dəqiqliklə bilir ki, Azərbaycan öz mövqeyində tamamilə haqlıdır. Ekspert vurğulayıb ki, rəsmi Bakının şərtləri beynəlxalq hüquq normalarına uyğun şərtlərdir və bu şərtlərdən yayınmaq mümkün deyil: 


"Sadəcə, Paşinyan hakimiyyəti indiki mərhələdə daha çox siyasi manipulyasiyalarla məşğul olur. Məqsəd ondan ibarətdir ki, sülh sazişinin imzalanması prosesini mümkün qədər uzatsın. Bu, Paşinyan hakimiyyətinə iki istiqamətdə sərfəlidir. Birincisi, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan hakimiyyəti parlament seçkilərinə qədər sülh sazişini imzalamaqda maraqlı deyil. Çünki erməni düşüncə tərzi Azərbaycanla sülh sazişini qəbul etmək istəmir. Radikal-revanşist müxalifət məhz sülh sazişini bəhanə gətirərək Paşinyan hakimiyyətinə qarşı əks-təbliğat kampaniyasını gücləndirir. Böyük ehtimalla, Paşinyan hakimiyyəti də seçkinin nəticələrini nəzərə alaraq sülh sazişinin imzalanmasını mümkün qədər gecikdirməyə, parlament seçkilərindən sonrakı mərhələyə saxlamağa çalışır. Digər tərəfdən, Paşinyan hakimiyyəti də nə vaxtsa geopolitik situasiyanın Ermənistanın xeyrinə dəyişə biləcəyinə ümid bəsləyir. Ona görə də sülh sazişinin imzalanmasını gecikdirməklə yaxın gələcəkdə Azərbaycana qarşı revanşist mövqedən çıxış etməkdə maraqlı ola bilər. Sülh sazişini imzaladıqdan sonra bunu etmək çox çətin olardı. Hər hansı müqavilə hələlik imzalanmadığına görə, Ermənistanda revanşist planların reallaşdırılmasına yönəlik hazırlıqlar müşahidə olunmaqdadır. Azərbaycanla şərti sərhəddə hərbi qüvvə, texnika cəmləşdirilir. Belə anlaşılır ki, sülh mövzusu üzərindən siyasi manipulyasiyalar edən Paşinyan hakimiyyəti, əslində, həm də savaşa hazırlaşır. Bu baxımdan Paşinyan hakimiyyətinin dediklərinə qətiyyən etibar etmək olmaz". 


Analitik vurğulayıb ki, rəsmi Bakı öz qətiyyətli və prinsipial mövqeyində tamamilə haqlıdır: 

"Azərbaycan iki mühüm şərt yerinə yetirilmədən sülh sazişinin imzalamayacağını artıq bəyan edib. Əgər Paşinyan hakimiyyəti həqiqətən sülh sazişini imzalamağa hazırdırsa, tələblərin icrası üçün şəraitin yetişdirilməsinə də çalışmalıdır. Rəsmi Bakının haqlı olaraq tələb etdiyi Konstitusiya dəyişikliyini icra etməli, Azərbaycana qarşı ərazi iddialarından imtina olunmalı, Minsk qrupunun ləğvinə dair birgə müraciətə razılıq verməlidir. Məsələ bu qədər sadədir. Ermənistan tərəfi iki mühüm şərti yerinə yetirmədən sadəcə həmin şərtlərin yerinə yetirilə biləcəyini bəyan edərək sülh sazişini imzalamağa hazır olduğunu bildirirsə, deməli, Paşinyan hakimiyyəti siyasi manipulyasiyalarla məşğuldur. Bu, erməni hiyləgərliyidir. Bəlkə də, Paşinyan hakimiyyəti Azərbaycanı arxayın salmağa çalışır. Paşinyan hakimiyyətinin dediklərinə qətiyyən etibar etmək olmaz. Rəsmi Bakı prinsipial mövqeyində qətiyyətlidir. Sülh sazişi yalnız o halda imzalana bilər ki, Ermənistan nəhayət öz Konstitusiyasını dəyişdirsin, Azərbaycana ərazi iddialarından imtina etsin və buna paralel olaraq Minsk qrupunun ləğvi ilə bağlı sənədi imzalasın. Məhz bu iki şərti yerinə yetirdikdən sonra sülh sazişinin imzalanması qarşısında heç bir əngəl qalmayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri