“Paşinyan növbədənkənar seçkiyə getməz” Karapetyan
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinə gedəcəyinə inanmır.
Modern.az xəbər verir ki, Karapetyan bu barədə ona qarşı açılmış iş üzrə növbəti məhkəmə iclasının başlanması ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
“Paşinyan güllələnmək təhlükəsi qarşısında belə növbədənkənar seçkilərə getməz. O, 49 faiz səs toplamağı güclə bacardı, özü də bunun üçün 1 milyard dollar xərclədi”, – deyə partiya lideri vurğulayıb.
Xatırladaq ki, oktyabrın 22-də keçirdiyi brifinqdə Nikol Paşinyan konstitusion çoxluğu əldə etmək və yeni Konstitusiyanın qəbuluna nail olmaq məqsədilə növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etməyib. Son parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” partiyası 49,81 faiz səs toplayıb.
Baş nazir bildirib ki, müxalifət nümayəndələrini bu məsələnin vacib və prinsipial olduğuna inandırmağa çalışacaqlar. Bunun mümkün olmayacağı təqdirdə isə Ermənistanın hakim siyasi qüvvəsinin növbədənkənar seçkilər də daxil olmaqla, başqa ssenarilərə əl atacağını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















