Paşinyan ona yeni vəzifə verdi Bakı ilə gizli danışıqlar iddiası
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda qondarma “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru Edita Qzoyan işdən azad edildikdən sonra onun vəzifəsini keçmiş diplomat Hraçya Taşçyan icra edir.
Hurriyyet.az xəbər verir ki, Edita Qzoyan ABŞ-ın vitse-prezidenti Vensin səfəri zamanı ona Qarabağ haqqında kitab təqdim etdiyi üçün işdən azad edilib. Ermənistanın baş naziri Nikol Paşinyan direktorun bu addımının sülhə və hökumətin siyasətinə zidd olduğunu bildirib.
Ermənistan mediası Qzoyanı əvəz edən keçmiş diplomat Hraçya Taşçyanın Azərbaycanla gizli danışıqlarda iştirak etdiyi iddiasını yayıb.
“Hraparak” nəşri iddia edir ki, Taşçyan 2018-2019-cu illərdə Paşinyanın aparatında köməkçi işləyərkən, Azərbaycanla gizli danışıqlarda iştirak edib.
"O, baş nazirin Aparatında xarici əlaqələr şöbəsinin müdiri işləyib. 2021-ci ilin dekabrında Azərbaycanla bağlı gizli danışıqlar haqqında məlumat sızandan sonra vəzifəsindən azad edilib", - nəşr iddia edir.
Bu iddia qeyri-realdır. Çünki Azərbaycan və Ermənistan arasında münasibətlər 44 günlük müharibədən sonra, xüsusilə 2023-cü ildən etibarən qurulub. Buna qədər Bakı-İrəvan xəttində danışıqlar əsasən vasitəçilər tərəfindən aparılıb. 2020-ci il İkinci Qarabağ müharibəsindən əvvəl isə ümumiyyətlə belə bir əlaqədən söhbət gedə bilməz. Bu iddia Ermənistanda revanşist qüvvələrin Paşinyanı ittiham etmək məqsədilə ortaya atılıb.
Baxış sayı:122
Bu xəbər 17 Mart 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















