Icma.az
close
up
RU
Paşinyan Qərbi Azərbaycanla Qərbi Ermənistan iddiasını niyə eyniləşdirir? Xronika Xəbər saytı Son xəbərlər və Hadisələr

Paşinyan Qərbi Azərbaycanla Qərbi Ermənistan iddiasını niyə eyniləşdirir? Xronika Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Paşinyan: "Şüurlu şəkildə dövlətimizin itirilməsi ilə üzləşə bilərik" adlı süjetdə baş nazir Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində "Qərbi Azərbaycan deyiləndə əsəbiləşirik, amma "Qərbi Ermənistan" deyəndə başqalarını qıcıqlandırdığımızı düşünmürük" fikirlərinə yer verilib.

Bildirilir ki, İrəvanın ictimai-siyasi spketrində əsas müzakirə mövzusuna çevrilən bu sözlər ilk baxışdan müəmmalı görünür və bir sıra suallar yaradır: "Qərbi Azərbaycan məsələsini "Qərbi Ermənistan" iddiası ilə eyniləşdirməyə çalışan Paşinyan bununla Qərbi Azərbaycan Konsepsiyasını Bakının İrəvana qarşı ərazi iddiası kimi təqdim etməyə çalışır və bunu ermənilərin Türkiyəyə qarşı "Qərbi Ermənistan" iddiası ilə izah edir. Həmçinin ermənilərə "Qərbi Ermənistan" iddiasından əl çəkməsək, Qərbi Azərbaycan Konsepsiyası reallaşa bilər" mesajını verir. Təbii ki, bu, klassik erməni hiyləgərliyidir".

Qeyd olunur ki, Paşinyanın açıqlamasından sonra ermənilər arasında Qərbi Azərbaycan isteriyası yaranıb. Belə ki, erməni tarixçi Hayk Paytyan, Bostonda yaşayan konfliktoloq Artur Martirosyan, politoloq Suren Surenyants, şərhçi Arman Abovyanın fikir və iddialarına görə, tezliklə Ermənistan şəhərlərinin adlarını dəyişməyə və Azərbaycan adlarından istifadə edilməyə başlanacaq: "Artıq təhsil ocaqlarında Azərbaycanın maraqlarına uyğun tezislər yayılır və təhsil proqramı "real Ermənistan" iddiası ilə Bakıdan gələn tapşırıqlara uyğunlaşdırılır. Təkcə Ermənistan şəhərlərinin adlarını dəyişdirilməsi yox, tarixi adlarının qaytarılması baş verə bilər. Yəni Sünik yox Zəngəzur, Sevan yox Göyçə, Geqarkunik yox Basarkeçər, Yerevan yox İrəvan və bu, təkcə qaçılmaz reallıq yox, həm də tarixi ədalətin bərpası olacaq. Ermənistanda azərbaycanlılar yaşayıb və buna görə azərbaycanlıların geri qayıdışını əsaslandırmaq çətin olmayacaq. Rəsmi Bakı bu konsepsiya üzərindən çıxış edir. Prezident İlham Əliyev Qarabağdan sonra digər hədəfinə - azərbaycanlıların qayıdışına nail olmağa çalışır, Paşinyan da bu məsələdə onlara kömək edir, Azərbaycanın gündəmini erməni ictimai rəyində legitimləşdirir. Paşinyan Bakının bütün tələblərini icra edəcək, hətta Türkiyənin istəyinə uyğun olaraq, Ağrı dağını Ermənistan gerbindən çıxaracaq. Bir sözlə, Nikol "real Ermənistan" tezisi ilə Qərbi Azərbaycan Konsepsiyasını qəbul etdirməyi planlaşdırır".

Sonda vurğulanır ki, Qərbi Azərbaycan məsələsi Ermənistan üçün seçim yox, reallıqdır: "Azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin edilmədiyi müddətdə Ermənistan üçün regionda dövlət kimi mövcud olmaq perspektivi daim sual altında olacaq. Çünki Cənubi Qafqazda bir əsr öncədən başlayaraq, pozulan tarixi ədalət bərpa edilməlidir, yalnız bundan sonra bölgəyə uzunmüddətli sülh gələ bilər. Ermənilər bu reallığı anladıqları üçün isteriyaya qapılırlar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Noyabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri