Icma.az
close
up
RU
Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? Xronika

Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? Xronika

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Paşinyan: “Şüurlu şəkildə dövlətimizin itirilməsi ilə üzləşə bilərik” adlı süjetdə baş nazir Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində “Qərbi Azərbaycan deyiləndə əsəbiləşirik, amma “Qərbi Ermənistan” deyəndə başqalarını qıcıqlandırdığımızı düşünmürük” fikirlərinə yer verilib.

Bildirilir ki, İrəvanın ictimai-siyasi spketrində əsas müzakirə mövzusuna çevrilən bu sözlər ilk baxışdan müəmmalı görünür və bir sıra suallar yaradır: “Qərbi Azərbaycan məsələsini “Qərbi Ermənistan” iddiası ilə eyniləşdirməyə çalışan Paşinyan bununla Qərbi Azərbaycan Konsepsiyasını Bakının İrəvana qarşı ərazi iddiası kimi təqdim etməyə çalışır və bunu ermənilərin Türkiyəyə qarşı “Qərbi Ermənistan” iddiası ilə izah edir. Həmçinin ermənilərə “Qərbi Ermənistan” iddiasından əl çəkməsək, Qərbi Azərbaycan Konsepsiyası reallaşa bilər” mesajını verir. Təbii ki, bu, klassik erməni hiyləgərliyidir”.

Qeyd olunur ki, Paşinyanın açıqlamasından sonra ermənilər arasında Qərbi Azərbaycan isteriyası yaranıb. Belə ki, erməni tarixçi Hayk Paytyan, Bostonda yaşayan konfliktoloq Artur Martirosyan, politoloq Suren Surenyants, şərhçi Arman Abovyanın fikir və iddialarına görə, tezliklə Ermənistan şəhərlərinin adlarını dəyişməyə və Azərbaycan adlarından istifadə edilməyə başlanacaq: ”Artıq təhsil ocaqlarında Azərbaycanın maraqlarına uyğun tezislər yayılır və təhsil proqramı “real Ermənistan” iddiası ilə Bakıdan gələn tapşırıqlara uyğunlaşdırılır. Təkcə Ermənistan şəhərlərinin adlarını dəyişdirilməsi yox, tarixi adlarının qaytarılması baş verə bilər. Yəni Sünik yox Zəngəzur, Sevan yox Göyçə, Geqarkunik yox Basarkeçər, Yerevan yox İrəvan və bu, təkcə qaçılmaz reallıq yox, həm də tarixi ədalətin bərpası olacaq. Ermənistanda azərbaycanlılar yaşayıb və buna görə azərbaycanlıların geri qayıdışını əsaslandırmaq çətin olmayacaq. Rəsmi Bakı bu konsepsiya üzərindən çıxış edir. Prezident İlham Əliyev Qarabağdan sonra digər hədəfinə - azərbaycanlıların qayıdışına nail olmağa çalışır, Paşinyan da bu məsələdə onlara kömək edir, Azərbaycanın gündəmini erməni ictimai rəyində legitimləşdirir. Paşinyan Bakının bütün tələblərini icra edəcək, hətta Türkiyənin istəyinə uyğun olaraq, Ağrı dağını Ermənistan gerbindən çıxaracaq. Bir sözlə, Nikol “real Ermənistan” tezisi ilə Qərbi Azərbaycan Konsepsiyasını qəbul etdirməyi planlaşdırır”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan məsələsi Ermənistan üçün seçim yox, reallıqdır: “Azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin edilmədiyi müddətdə Ermənistan üçün regionda dövlət kimi mövcud olmaq perspektivi daim sual altında olacaq. Çünki Cənubi Qafqazda bir əsr öncədən başlayaraq, pozulan tarixi ədalət bərpa edilməlidir, yalnız bundan sonra bölgəyə uzunmüddətli sülh gələ bilər. Ermənilər bu reallığı anladıqları üçün isteriyaya qapılırlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Noyabr 2024 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri