Icma.az
close
up
RU
Xronika: Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq Xəbər saytı Son xəbərlər və Hadisələr

Xronika: Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması Aparatının Gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquluyev olub.

O, Qərbi Azərbaycan İcmasının gənclərlə bağlı gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən söhbət açıb. Bildirib ki, ümumilikdə ölkə gəncliyi, o cümlədən əslən Qərbi Azərbaycandan olan yeniyetmə və gənclər öz bilikləri, bacarıqları, istedadları ilə İcmanın işinə böyük dəstək olurlar.

A.İrzaquluyev deyib ki, 2024-cü ilin mart ayında İcmanın Gənclər Şurasında keçirilən geniş tərkibli görüşdə Qərbi Azərbaycanın 22 rayonu və kəndləri üzrə gənclərlə işləyəcək məsul şəxslər müəyyənləşdirilib: "Gənclərlə işin koordinasiyalı şəkildə qurulması üçün digər zəruri addımlar atılıb, müxtəlif ali təhsil müəssisələrində çoxsaylı görüşlər keçirilib. Tədbirlər planına uyğun olaraq hazırda da bu istiqamətdə işlər davam etdirilir. Sevindirici haldır ki, əslən Qərbi Azərbaycandan olan gənclər İcmanın təşkil etdiyi tədbirlərdə könüllü şəkildə, sevə-sevə iştirak edirlər. Onlar yeni təşəbbüs və ideyalar irəli sürürlər. Tarixi torpaqlarımıza qısa zamanda qayıtmaq onların ən böyük arzusudur".

A.İrzaquluyev il ərzində gənclərlə bağlı keçirilən tədbirlərə digər nümunə kimi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə reallaşan futbol turnirini xüsusi qeyd edib:

"20-dən artıq komandanın yarışdığı turnirdə hər bir rayonun tarixi adı onu təmsil edən yığma üzvlərinin futbol geyimləri üzərində əks olunmuşdu. Yekun olaraq qalib Qafan komandası olsa da, ümumilikdə qalib Qərbi Azərbaycan və bu ideya ətrafında toplaşan insanlar oldular. Turnirdə kütləvilik təşkil edildi, idman yarışı üzərindən maarifləndirici aksiya uğurla həyata keçirildi. Bundan başqa, cari il ərzində diaspor gənclərinin və tələbələrin düşərgələri də təşkil olunub, Qərbi Azərbaycanla bağlı olimpiada keçirilib.

Diaspor gənclərinin Laçın görüşü hətta Ermənistanda da ciddi rezonansa səbəb olub. Bütün bu tədbirləri təşkil etməkdə məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmaq, onları məlumatlandırmaqdır. Bu prosesin uğurlu alınması üçün müxtəlif qeyri-hökumət təşkilatları və könüllülərin dəstəyindən də yararlanırıq. Bu il ərzində yaddaqalan hadisələrdən biri də qəbul imtahanlarında 600-dən artıq bal toplayan 150-yə yaxın Qərbi azərbaycanlı gənclə keçirilən görüş oldu. Eləcə də Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə rayon üzrə bu il ali təhsil müəssisələrinə qəbul olan gənclərlə görüş keçirilib. Təkcə bu rayon üzrə 800 gənc tələbə adını qazanıb. Onlarla aparılan söhbətlər bir daha göstərir ki, Qərbi Azərbaycanda tarixən elmə, biliyə, savada olan maraq bu gün də aktuallığını qoruyub saxlayıb".

A.İrzaquluyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşünü xatırladaraq qeyd edib ki, dövlət başçısının öz ad gününü İcma nümayəndələri ilə keçirməsi soydaşlarımıza böyük ümid bəxş edib. O, ata-baba yurdu Dərələyəz mahalı Keşişkənd rayonu Ələyəz kəndindən də söhbət açıb. Valideynlərinin 1988-ci ildə zorla bu kənddən deportasiya olunduğunu, didərginlik həyatı yaşadığını qeyd edib. Bildirib ki, vaxtilə Qarabağı bələkdə məcburi köçkün kimi tərk edən uşaqlar 2020-ci ildə tanklar üstündə oranı işğaldan azad etdiyi, geriyə qayıtdığı kimi, Qərbi azərbaycanlı gənclər də dinc şəkildə, sülh və əmin-amanlıq şəraitində tarixi torpaqlarımıza qayıdacaq, doğma yurda yeni ruh, həyat gətirəcəklər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Noyabr 2024 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see335

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see143

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see129

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see122

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see114

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri