Icma.az
close
up
RU
Xronika: Paşinyan Qərbi Azərbaycanla Qərbi Ermənistan iddiasını niyə eyniləşdirir?

Xronika: Paşinyan Qərbi Azərbaycanla Qərbi Ermənistan iddiasını niyə eyniləşdirir?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Paşinyan: "Şüurlu şəkildə dövlətimizin itirilməsi ilə üzləşə bilərik" adlı süjetdə baş nazir Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində "Qərbi Azərbaycan deyiləndə əsəbiləşirik, amma "Qərbi Ermənistan" deyəndə başqalarını qıcıqlandırdığımızı düşünmürük" fikirlərinə yer verilib.

Bildirilib ki, İrəvanın ictimai-siyasi spektrində əsas müzakirə mövzusuna çevrilən bu sözlər ilk baxışdan müəmmalı görünür və bir sıra suallar yaradır: "Qərbi Azərbaycan məsələsini "Qərbi Ermənistan" iddiası ilə eyniləşdirməyə çalışan Paşinyan bununla Qərbi Azərbaycan Konsepsiyasını Bakının İrəvana qarşı ərazi iddiası kimi təqdim etməyə çalışır və bunu ermənilərin Türkiyəyə qarşı "Qərbi Ermənistan" iddiası ilə izah edir. Həmçinin ermənilərə "Qərbi Ermənistan" iddiasından əl çəkməsək, Qərbi Azərbaycan Konsepsiyası reallaşa bilər" mesajını verir. Təbii ki, bu, klassik erməni hiyləgərliyidir".

Qeyd olunub ki, Paşinyanın açıqlamasından sonra ermənilər arasında Qərbi Azərbaycan isteriyası yaranıb. Belə ki, erməni tarixçi Hayk Paytyan, Bostonda yaşayan konfliktoloq Artur Martirosyan, politoloq Suren Surenyants və şərhçi Arman Abovyanın fikir və iddialarına görə, tezliklə Ermənistan şəhərlərinin adlarını dəyişməyə və Azərbaycan adlarından istifadə edilməyə başlanacaq:

"Artıq təhsil ocaqlarında Azərbaycanın maraqlarına uyğun tezislər yayılır və təhsil proqramı "real Ermənistan" iddiası ilə Bakıdan gələn tapşırıqlara uyğunlaşdırılır. Təkcə Ermənistan şəhərlərinin adlarının dəyişdirilməsi yox, tarixi adlarının qaytarılması baş verə bilər. Yəni Sünik yox, Zəngəzur, Sevan yox, Göyçə, Geqarkunik yox, Basarkeçər, Yerevan yox, İrəvan və bu, təkcə qaçılmaz reallıq yox, həm də tarixi ədalətin bərpası olacaq. Ermənistanda azərbaycanlılar yaşayıb və buna görə azərbaycanlıların geri qayıdışını əsaslandırmaq çətin olmayacaq. Rəsmi Bakı bu konsepsiya üzərindən çıxış edir. İlham Əliyev Qarabağdan sonra digər hədəfinə - azərbaycanlıların qayıdışına nail olmağa çalışır, Paşinyan da bu məsələdə onlara kömək edir, Azərbaycanın gündəmini erməni ictimai rəyində legitimləşdirir. Paşinyan Bakının bütün tələblərini icra edəcək, hətta Türkiyənin istəyinə uyğun olaraq, Ağrı dağını Ermənistan gerbindən çıxaracaq. Bir sözlə, Nikol "real Ermənistan" tezisi ilə Qərbi Azərbaycan Konsepsiyasını qəbul etdirməyi planlaşdırır".

Sonda vurğulanıb ki, Qərbi Azərbaycan məsələsi Ermənistan üçün bir seçim yox, reallıqdır: "Azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin edilmədiyi müddətdə Ermənistan üçün regionda dövlət kimi mövcud olmaq perspektivi daim sual altında olacaq. Çünki Cənubi Qafqazda bir əsr öncədən başlayaraq, pozulan tarixi ədalət bərpa edilməlidir, yalnız bundan sonra bölgəyə uzunmüddətli sülh gələ bilər. Ermənilər bu reallığı anladıqları üçün isteriyaya qapılırlar".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xronika: Paşinyan Qərbi Azərbaycanla "Qərbi Ermənistan" iddiasını niyə eyniləşdirir?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Noyabr 2024 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri