Icma.az
close
up
RU
Paşinyan qondarma erməni soyqırımından imtina edir? Ermənistan konstitusiyası dəyişə bilər

Paşinyan qondarma erməni soyqırımından imtina edir? Ermənistan konstitusiyası dəyişə bilər

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin qondarma soyqırımı məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib. O bildirib ki, nəyin baş verdiyini və niyə baş verdiyini anlamaq üçün "erməni soyqırımı"nın tarixinə qayıtmaq lazımdır:

"Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə "erməni soyqırımı" iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini demişdi. Bir növ erməni baş nazir bu məsələnin tarixini Ankaraya problem yaratmaq məqsədilə ortaya atıldığı kimi şərh edir, indi isə Türkiyə ilə münasibətlərin normallaşması üçün bunu araşdırmağın zəruri olduğunu diqqətə çatdırır, dolayısı ilə münasibətlərin normallaşması üçün qardaş ölkənin şərti yerinə yetirilir. Üstəlik, Ermənistan Türkiyəyə qarşı bu ittihamdan imtina edərsə, bu, Azərbaycan üçün də presedent ola bilər. Yəni münasibətlərin normallaşması üçün Bakının əsas şərti - Ermənistan konstitusiyasının dəyişməsi gerçəkləşə bilərmi?

Mövzunu Oxu.Az-a şərh edən türkiyəli politoloq, professor Hüsamettin İnanç bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olan bəzi elementlər var. Bunlardan biri 1915-ci ildə törədildiyi iddia edilən qondarma erməni soyqırımı, digəri isə Ermənistan konstitusiyasında Türkiyə və Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürən təcavüzkar yanaşmadır:

"Görünür, Paşinyan bunları aradan qaldırmaq üçün səy göstərir. Çünki "erməni soyqırımı" iddiası, məlum olduğu kimi, güclü arqumentlərə əsaslanmır, tarixi reallıqla olduqca ziddiyyət təşkil edir. Təsəvvür edin, Osmanlının 1915-ci ildə "erməni soyqırımı" törətdiyi iddia edilən dövrdə dövlətimizin xarici işlər naziri elə erməniəsilli Nubar paşa idi. Deməli, dövlətin erməniləri sistematik şəkildə məhvetmə siyasəti mümkün deyildi. Sadəcə olaraq, ermənilərin Çar Rusiyası və Fransa başda olmaqla bir sıra işğalçı qüvvələrlə əməkdaşlıq edib ölkələrinə xəyanət etmələri, bununla da yeni münaqişə ocaqları yaratmaları səbəbindən onlar yenə də Osmanlı torpağı olan Hələb ətrafına, Suriyaya göndəriliblər. Burada da yalnız günahı olanlar göndəriliblər, digərləri deyil. Buna görə də Paşinyan bu faktı ortaya qoyur və "biz, bu "erməni "soyqırımı" iddialarından imtina edə bilərik, imtina etməliyik" kimi fikirlər səsləndirir. Bu, olduqca əhəmiyyətlidir və münasibətləri sahmana salmaq üçün özündə ciddi perspektivlər ehtiva edir".

"Bütün bunları nəzərə alsaq, Ermənistan konstitusiyasının dəyişməsi mühüm aktuallıq kəsb edir. Təbii ki, Azərbaycan Ermənistanı ölkənin əsas sənədini tamamilə dəyişməyə məcbur etmir, Bakı, sadəcə, ərazi iddialarını özündə əks etdirən maddələrin çıxarılmasını tələb edir. Çünki bu gün erməni hökumətinin tərkibində hələ də ifrat milliyyətçi, faşist və irqçi qruplar var. Ona görə də konstitusiyada Qarabağa və Ağrı bölgəsini "Ararat" adlandıraraq Türkiyəyə ərazi iddiaları varsa da, konstitusiya komissiyasının bunları inkar etməsi kifayət edə bilər ki, bu mənada bir dönüş nöqtəsi olsun. Bu iki maddə ilə bağlı Paşinyan da tələb olunan addımları ata bilsə, əlbəttə ki, bu, Türkiyə və Azərbaycanla Ermənistanın münasibətlərini normallaşdıra bilər. Beləliklə, həm Türkiyə, həm də Azərbaycan Ermənistanla normal münasibətlər qurmaq, qarşılıqlı ticarəti inkişaf etdirmək, sərhədləri açmaq və normal qonşuluq münasibətləri çərçivəsində yaşaya bilərlər", - deyə professor vurğulayıb.

Politoloqun sözlərinə görə, kənar qüvvələr Azərbaycanla Ermənistan arasındakı mövcud problemləri həll etmək adı ilə öz mənafelərini qorumaq üçün əlindən gələni edir, əslində, münasibətlərin normallaşmasına imkan vermirlər:

"Buna istər Amerika Birləşmiş Ştatları, istər keçmiş Minsk qrupunun üzvü kimi Fransanı göstərə bilərik ki, Paris hətta erməni terrorunu dəstəkləməklə regionda xaosu artırmağa çalışan siyasət ortaya qoyub. Paşinyan da başa düşməlidir ki, bütün bunlar erməni xalqının mənafeyinə ziddir, ABŞ və Avropa Ermənistanda daimi deyillər, İrəvan isə Bakı və Ankara ilə qonşudur. Buna görə də İrəvanın yalnız öz maraqlarını güdən kənar qüvvələr əvəzinə, region ölkələri ilə razılaşması daha vacibdir. Bu baxımdan, prosesin sülhə doğru gedəcəyini və üçtərəfli sülhün ən qısa müddətdə bərqərar olacağını, bununla da Cənubi Qafqazın da sabitliyə qovuşacağını düşünürəm".

Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə Oxu.Az-a açıqlamasında bildirib ki, ermənilərin qondarma soyqırımı ilə bağlı iddialarının tarixi Türkiyənin NATO-ya üzv olduğu zamandan xeyli öncəyə təsadüf edir:

"Bu məsələ artıq uzun illərdir ki, erməni diasporunun, erməni lobbisinin və təbii ki, qondarma erməni soyqırımı məsələsindən istifadə etməyə çalışan ölkələrin əlində regiona müdaxilə və Türkiyəyə təzyiq göstərmək üçün bir vasitədən başqa bir şey deyil. Bu aspektdən, Paşinyanın məsələnin yalnız Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı əlaqələndirilməsi, qənaətimə görə, məsələnin təhrif olunması kimi qiymətləndirilə bilər. Ola bilsin ki, burada da Paşinyanın öz maraqları var. Yəni prinsip etibarilə qondarma soyqırımı ilə bağlı məsələnin Türkiyənin NATO-ya üzvlüyü ilə əlaqələndirilməsi, əslində, Ermənistanın verə biləcəyi mesaj kimi də qəbul oluna bilər. Çünki bəlli olduğu kimi, NATO-ya üzv dövlətlər alyansa yeni üzvlər qəbul olunduqda öz veto hüquqlarından istifadə edə bilərlər. Çox güman ki, bu məsələ də Ermənistanın gələcəkdə NATO-ya üzvlük perspektivi ilə bağlıdır və Paşinyan, görünür, bu məsələni xüsusi olaraq NATO müstəvisində qabartmaqla gələcəkdə Türkiyənin Ermənistanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyində müəyyən dəyişikliklərin əldə olunmasına çalışır".

"Şübhəsiz ki, qondarma erməni soyqırımı Türkiyə-Ermənistan münasibətlərində əsas rol oynayan faktorlardan biridir. Amma düşünmürəm ki, təkcə Paşinyanın bu məsələdən əl çəkməsi qondarma erməni soyqırımı ilə bağlı dünyanın ayrı-ayrı ölkələrində yaşayan və erməni diasporunun mövqeyində dəyişikliyə gətirib çıxaracaq. Əslində, qondarma erməni soyqırımı ilə bağlı olan məsələ diasporun gündəmində hər zaman Ermənistanın öz gündəliyindən daha çox dayanıb və bu məsələ mütəmadi olaraq diaspor tərəfindən, həmçinin də erməni diasporunun kompakt şəkildə mövcud olduğu ölkələr tərəfindən daha çox gündəmə gətirilib. Bu aspektdən də rəsmi olaraq Ermənistanın qondarma soyqırımı iddialarından əl çəkməsi, ümumiyyətlə bu məsələnin gündəmdən çıxarılması anlamına gəlmir. Paşinyanın hazırda erməni diasporunun mövqelərinə təsir göstərmək imkanları faktiki olaraq sıfıra bərabərdir", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Ermənistan qondarma soyqırımı ilə bağlı məsələni gündəmdən çıxarsa, o zaman bunu Ermənistanın müstəqillik bəyannaməsindən də çıxarmalıdır:

"Çünki müstəqillik bəyannaməsinin ikinci bəndində həm Türkiyə əraziləri "Qərbi Ermənistan" adlandırılır, həm də həmin ərazilərdə ermənilərə qarşı "soyqırımı" törədildiyi qeyd olunur və bunun beynəlxalq müstəvidə qaldırılması hədəfi erməni xalqı və dövlətinin qarşısında qoyulur. Digər tərəfdən, Ermənistanın gerbi ilə bağlı olan müddəada Ağrı dağının adı "Ararat dağı" kimi qeyd olunub ki, bu da təbii ki, qondarma soyqırımı ilə yanaşı, ərazi iddialarını da əks etdirir".

"Ola bilsin ki, gələcəkdə Paşinyan konstitusiya müstəvisində istinad məsələsini bəyannamədən çıxarmaq və ya konstitusiyanın özündə qonşu dövlətlərə qarşı hər hansı bir ərazi iddiasının olmadığını nümayiş etdirmək üçün, sənəddə ölkə ərazisinin konkret rəqəmlə göstərilməsinə nail olmaqla, bu məsələni arxa ata çevirə bilər. Amma bir daha bildirmək istəyirəm ki, qondarma soyqırımı məsələsi təkcə indiki Ermənistan hakimiyyətinin mövqeyindən asılı deyil", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see144

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see138

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see138

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see132

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see128

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see121

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see119

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see119

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see119

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see118

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see116

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see116

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see114

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see113

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see113

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see112

Ertan Saban Deha dan getdi

12 Aprel 2025 12:34see112

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri