Icma.az
close
up
RU
Paşinyan qondarma soyqırımı ndan İMTİNA EDİR

Paşinyan qondarma soyqırımı ndan İMTİNA EDİR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan qondarma "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyindən danışıb.

"Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə deyib.

Müşahidələr deyir ki, Paşinyan bu açıqlaması ilə “erməni soyqırımın” siyasi məsələ olduğunu, bunun Sovetlərin (və Rusiyanın) əlində bir alət olduğunu bəyan edib.

Erməni mətbuatının iddiasına görə, Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verib və həmin illərdə ölən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Paşinyanın bu təşəbbüsünü “çox təhlükəli” adlandıranlar da var. Müxalifətçilər iddia ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.                                                                  

Paşinyanın bu çıxışı nədən xəbər verir? Ermənistan artıq saxta soyqırımı iddiasından imtina edir?

Mövzu ilə bağlı Modern.az-a danışan türkiyəli general Yücel Karauz bildirib ki, "soyqırımı" məsələsi 1945-ci ildən sonra sovetlər tərəfindən Ermənistanın gündəliyinə daxil edilib:

"Ermənistan Baş naziri Nikol Paşinyan təqribən 1 ildir, Osmanlıda ermənilərə qarşı "soyqırımı" məsələsinin Ermənistanın xarici siyasətində prioritet olmadığını, hadisələrin deyildiyi formada baş vermədiyini deyir. 1939-40-cı illərdə belə bir məsələnin gündəmdə olmamasına baxmayaraq,1950-ci illərdə Türkiyənin NATO-ya daxil olduğu dövrdə, prosesə təsir etməsi üçün sovetlər tərəfindən məsələnin alovlandırıldığı və "soyqırımı" termininin Ermənistanın gündəminə daxil edildiyini və buna əsasən yeni dövrdə münasibətlərin davam etdirilə bilməyəcəyini irəli sürməkdədirlər. Paşinyan bunu Davosa səfəri zamanı erməni icması ilə görüşdə də təkrar edib. Bundan öncə Ermənistanda da bu barədə danışmışdı. Həqiqətlərin ortaya çıxmasına ehtiyac var. Türkiyə hər zaman "gəlin arxivlərimizi açaq nə sənəd varsa, baxaq və görək ki, kim-kimə soyqırımı edib", deyə çağırış edib. Əslində, soyqırıma məruz qalan anadolu türkləridir".

Türkiyəli general deyir ki, Qərb də dəfələrlə "soyqırımı" məsələsini qabardıb. 

"Hər il ermənilərə qarşı törədildiyi iddia edilən "soyqırımı" ilə bağlı ABŞ Prezidenti o zaman nəinki Anadoluda, bəlkə heç dünyada olmayan insan sayı qədər erməninin qətl edildiyini deyə bilir. Bu tək sovetlərin yox, eyni zamanda Qərbin də anadoludakı türklərə qarşı addımıdır. Paşinyanın bu mövqeyi ilə sülh razılaşmasına gedən yolda Türkiyəni yanına almaq istəyir. Olmayan bir soyqırımı iddiası ilə Türkiyə ilə qapıların açılmasının, Azərbaycanla sülh sazişinin imzalanmasının çətin olduğunu bildiyi üçün Paşinyan belə çıxış etdi. Qondarma soyqırımı abidəsi ləğv edilməz, amma həqiqətlərin  gec də olsa, erməni rəsmilər tərəfindən bəyana edilməsi önəmlidir. Ermənistanın Türkiyə açılımı kimi dəyərləndirmək olar. Bunun müsbət təzahürləri təbii ki, olacaq. Nəhayət, 110 il sonra da olsa, ermənilər tərəfindən həqiqətlərin dilə gətirilməsi müsbət hadisədir". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri