Paşinyan rəqiblərini hədələdi: Ermənistandan qaçmağı xəyal edəcəksiniz....
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Üçbaşlı mafiya sadə bir səbəbdən heç nə edə bilməz. Bu səbəb isə odur ki, o, xalqın dəstəyinə malik olmayıb, sahib deyil və heç vaxt sahib olmayacaq".
Lent.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Əksinə, xalq açıq şəkildə üçbaşlı mafiyanın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu, qaçılmaz olaraq baş verməlidir. Yeri gəlmişkən, kaluqalının əsas kuklası olan Serji (Serj Sarkisyan - red.) unutmamışıq və unutmayacağıq. Ona görə də panikaya düşüb çantalarınızı yığmağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq”, - Paşinyan əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb, onun ölkədən çıxmasının qarşısı alınıb. Bu gün isə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hava limanından ölkəni tərk etməsinə imkan verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 15 İyun 2026 05:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















