Icma.az
close
up
RU
Paşinyan Rusiya ilə “barışdı” İxrac kəskin artıb

Paşinyan Rusiya ilə “barışdı” İxrac kəskin artıb

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Dünən Moskvada Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert ilə Ermənistanın Qida Təhlükəsizliyi İnspeksiyasının rəhbəri Tiqran Petrosyan arasında görüş keçirilib.

"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, tərəflər arasında keçirilən danışıqlar zamanı iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq, o cümlədən Ermənistandan Rusiyaya güllərin ixracında fitosanitar tələblərə riayət olunması məsələləri müzakirə olunub.

Görüşdə Avrasiya İqtisadi Komissiyasının (AİK) sənaye və aqrosənaye kompleksi üzrə naziri Goar Barseqyan da iştirak edib.

"Rosselxoznadzor"-un açıqladığı rəsmi məlumatlara görə, 2025-ci ilin 23 iyuluna qədər Ermənistandan Rusiyaya 103,4 min ton meyvə-tərəvəz məhsulu idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur (2024-cü ildə – 69,6 min ton).

Gül məhsullarının tədarükündə də ciddi artım müşahidə olunur. Cari ilin əvvəlindən Rusiyaya Ermənistandan 71,1 milyon ədəd kəsilmiş gül tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz çoxdur (2024-cü ildə – 48,5 milyon ədəd). Ötən il ümumilikdə 84,4 milyon ədəd gül göndərilmişdi.

Hazırda 14 erməni istehsalçıya Ermənistanın səlahiyyətli qurumunun zəmanəti ilə Rusiya bazarına gül məhsulu ixrac etməyə icazə verilib. Tərəflər arasında istixanaların birgə auditi davam edir. Rosselxoznadzor bəzi müəssisələri özü yoxlayacaq, digərlərinə isə Ermənistan tərəfi zəmanət verəcək.

Tiqran Petrosyan bəyan edib ki, Ermənistan üçün Rusiya bazarı prioritet istiqamətdir və Aİİ (Avrasiya İqtisadi İttifaqı) çərçivəsində bütün fitosanitar tələblərə əməl ediləcəyinə təminat verir.

Sergey Dankvert isə fitosanitar nəzarətdə informasiyaların inteqrasiyası və izlənilə bilənliyin təmin olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, intensiv ticarət şəraitində bu, əsas məsələlərdən biridir.

Sonda tərəflər Ermənistan-Rusiya münasibətlərinin yüksək səviyyəsini qeyd edib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.

Xatırladaq ki, Rusiya ötən ay Ermənistandan bəzi kənd təsərrüfatı məhsullarına, o cümlədən gül idxalına məhdudiyyət qoymuşdu. Baş nazir Nikol Paşinyanın adıçəkilən ölkəyə işgüzar səfərindən sonra problemlər yoluna qpyulub. Xatırladaq ki, Baş nazir səfərdən əvvəl ABŞ-nin Zəngəzur dəhlizinin 100 illik icarəyə verilməsinə dair təklifini rədd edib.

Rasim Əliyev

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 İyul 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri