Icma.az
close
up
RU
Paşinyan: “Sarqsyanın qoyub getdiyi hava hücumundan müdafiə sistemi “metallom“ idi“

Paşinyan: “Sarqsyanın qoyub getdiyi hava hücumundan müdafiə sistemi “metallom“ idi“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sizin qoyub getdiyiniz hava hücumundan müdafiə sistemi bütövlükdə "metallom" idi".

Moderator.az-ın xəbərinə görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Serj Sarqsyanın 44 günlük müharibənin ilk saatlarında hava hücumundan müdafiə vasitələrinin itirilməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. Paşinyan bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.

"SS (Serj Sarkisyan - red.) deyib ki, 44 günlük müharibənin ilk saatlarında hava hücumundan müdafiə vasitələrinin yarısını itirməyin necə mümkün olduğunu başa düşmür.

Burada aydın olmayan heç nə yoxdur, qoyub getdiyiniz hava hücumundan müdafiə sistemi, ayrı-ayrı vasitələr deyil, bütövlükdə hava hücumundan müdafiə sistemi "metallom" idi. Sözün əsl mənasında, bildiyiniz "metallom". Müttəfiqlər isə onun yenilənməsi müraciətimizə cavab olaraq, bizə üç barmaq kombinasiyasını göstərirdilər (bu kombinasiya ilə sizi də göstərirdilər; əks halda, 2018-ci ilə qədər "metallom" əvəzinə başqa bir şey olardı) və onların üç barmaq kombinasiyası göstərişi çox diqqət cəlb etməsin deyə müttəfiqlər bizə simvolik olaraq bir-iki ədəd - zəruri olanın 0.1%-i qədər atırdılar ki, sonradan bu mövzu ortaya çıxarsa, nəyəsə işarə edə bilsinlər.

Üç barmaq kombinasiyasını göstərən təkcə müttəfiqlər deyildilər və burada iki hala diqqət çəkilirdi ki:

1. Ermənistan Respublikası KTMT-nin üzvüdür;

2. Təqdim olunan vəsaitlər Ermənistan Respublikasının suveren ərazisi olmayan ərazilərdə yerləşdirilə bilər.

Lakin mümkün olan hər şeyi götürürdük, onu almağa və modernləşdirməyə çalışırdıq, yeri gəlmişkən, Ermənistan Respublikasında fəaliyyət göstərən bütün yüksəkrütbəli hərbi vəzifəli şəxslərin (sizin tərəfinizdən təyin olunmuş) məsləhət və tövsiyələrinə cavab olaraq.

İndi nə oldu - gedib oturmusan kürəkəninin əlindən yemək yeyənlərin qarşısında və oradan mənimlə mübahisə edirsən? Mübahisə edəcək bir şey varsa, gedək canlı efirdə edək. Yoxsa ki, bu nə söhbətdir - Mişikin (Mikael Minasyan - red.) qarşısında oturub mənimlə mübahisə etmək?

TPL-i (Levon Ter-Petrosyan - red.) və KR-i (Robert Koçaryan - red.) də özünlə götür.

SS yenidən danışıq sənədləri haqqında danışmağa başladı.

Narahat olma, mən danışıqların tarixi (2019-cu il də daxil olmaqla) ilə bağlı əsas materialları hazırlamışam. İndi biz bunların hamısını skanerdən keçirəcəyik və ilin sonuna qədər mən onları dərc edəcəyəm və aralarına bir neçə ictimai sənəd də əlavə edəcəyəm.

Həmçinin sənin bir məktubunu da dərc edəcəyəm ki, səni hesaba almadığımı düşünməyəsən. Oyananda TPL-ə və KR-ə xəbər elə", - deyə Paşinyan bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri