Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Paşinyan seçilməsə belə, yeni münaqişənin alovlanma ehtimalı azdır Orxan Amaşov

Paşinyan seçilməsə belə, yeni münaqişənin alovlanma ehtimalı azdır Orxan Amaşov

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Azərbaycan səbirli şəkildə məqamı gözləyəcək"

"Sülh Körpüsü" Təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Təşəbbüs çərçivəsində aprelin 10-12 tarixlərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa baş tutdu.

“Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında dedi ki, çox sürətlə irəliləmək sülh prosesinə zərbə vura bilər.

O, bildirdi ki, "Münaqişələrlə, cinayətlərlə, faciələrlə dolu çox böyük bir tarix var. Belə bir şəraitdə çox sürətli irəliləmək hətta prosesə zərər verə bilər".

"AnewZ" baş redaktor müavini və aparıcısı, analitik Orxan Amaşov Sherg.az-a bildirib ki, bu təşəbbüs 8 avqust tarixində ABŞ-də razılaşdırılmış sənədlərdən ortaya çıxan prosesin parçasıdır: 

"İlk dəfə görüş oktyabrın 21-22 tarixlərində Ermənistanda oldu. O vaxt Azərbaycandan 5 nəfər getdi. Erməni nümayəndə heyyəti noyabrda qayıdanda, artıq hər iki tərəfdən yanılmıramsa, 6 şəxs iştirak edirdi.

Aydın məsələdir ki, tələsmək lazımdır, amma çox tələsmək olmaz. Bizim bu hadisələri tez bir zamanda effektiv görmək istəyimiz, gərək qarşıda duran məqsədlərin effektiv şəkildə icrasında maneə olmasın. Hamıya məlumdur ki, 7 iyulda Ermənistanda parlament seçkiləri olacaq. Seçkilərin nəticəsi çox vacibdir. Çünki bu razılıq Azərbaycanla Ermənistan arasında əldə olunub. Amma Ermənistandakı gələcək siyasi hakimiyyətin mövqeyi çox önəmlidir. Biz müxalif partiyaların ritorikasını dinləyirik. Bilirik ki, onlar hakimiyyətə gəlsələr, hansı xətti həyata keçirəcəklərini iddia edirlər. Onlar dediklərini icra edə biləcəklər yoxsa yox, bu da ayrı məsələdir. Amma hər halda bu prosesin, hər iki hökumətin legitimliyi vacib faktordur.

Ona görə seçkinin nəticəsinə baxmaq lazımdır, ondan sonra müəyyənlik yaranacaq. Rəsmi İrəvan da, rəsmi Bakı da bilirik ki, Azərbaycanın sülh müqaviləsinin imzalanmasından öncə olan şərti var. Həmin şərtin həyata keçirilməsi zərurəti qüvvəddədir". 

Analitik Areq Koçinyanın fikirlərinə də münasibət bildirib:

""Tələsmək lazım deyil" deyəndə bir neçə şeyi başa düşmək olar. Biri var sülh müqaviləsi və onun mətni, bir də var böyük fundamental sülh. Bu iki xalq bir-biri ilə bir əsrdiki konfrontasiya mühitindədir.

Sovet İttifaqında bəlkə də rəsmi konfrontasiya yox idi, amma hər halda daxilimizdə zidiyyətli məsələlər daim var idi. Ona görə də lazımdır ki, hər şey mərhələli şəkildə olsun. Çoxlu yaralar var. Heç kim- nə Ermənistan, nə də Azərbaycan, qarşı tərəfin onun kimi fikirləşəcəyini güman etmir.

Amma fundamental prinsiplərlə razılaşmalıyıq. Razılaşmalıyıq ki, konflikt artıq keçmişdə qalıb, artıq hərbi münaqişənin yenidən alovlanmaması lazımdır. Lazımdır ki, biz qarşılıqlı şəkildə ərazi bütövlüyümüzü tanıyaq və bu istiqamətə də gedirik.

Amma zidiyyətli məsələlər var. Onları tarix öz qaydası ilə həll edəcək. Tələsmək lazım deyil deyəndə erməni həmkarım bunu nəzərdə tutub. 

Lakin bəzi şeylərə tələsməliyik. Məsələn TRİPP Koridorun icrasında, çalışmaq lazımdır ki, hər şey müəyyən bir çərçivədə və zamanda baş versin. Əgər söhbət sülh müqaviləsinin imzalanması üçün qarşıda dayanan, maneədən gedirsə, o həll olunmalıdır. 

Əgər kimsə güman edirsə ki, azərbaycanlılar və ermənilər tez bir zamanda hər şeyi unudacaqlar, yox, bu istiqamətdə tələsmək olmaz. Çünki hər iki xalqın daxilində müəyyən məsələlər var, onlara hörmətlə yanaşmaq lazımdır. Biz iki dənə qanlı müharibə görmüşük, müharibədə həyatını itirmiş insanlar, onların xatirələri var.

Hər şey məntiqli və hüquqi çərçivədə qarşılıqlı hörmət əsasında həll olunmalıdır".

Siyasi şərhçi Ermənistanda keçirləcək seçkilərin sülh müqaviləsinə təsiri ilə bağlı fikirlərini bölüşüb: 

"Hamı bilir ki, 7 iyul seçkiləri Paşinyanın qələbəsi ilə yekunlaşmasa, sülh gündəliyinə xələl gələcək.

Bu o, demək deyil ki, Paşinyan seçilməsə aramızda müharibə olacaq, yox. Sadəcə olaraq gündəliyin icrası ilə bağlı ola bilsin problemlər yaransın. Sülh təşəbbüsünün taleyi 8 avqustda əldə olunmuş razılaşmalardan doğan təşəbbüsdür. Əgər hakimiyyətə gələn yeni qüvvə bu təşəbbüsə isti baxmasa, sözsüz ki, onun gələcəyi də şübhə altında ola bilər. Mən buna ümumi kontekstdə cavab verirəm.

Sözsüz ki, orada olan danışıqlar, söhbətlər hamısı konfidensaldır. Bu barədə sizə heç bir şey deyə bilmərəm. Amma bir müşahidəçi kimi öz fikirlərimi bildirirəm.

Hər iki cəmiyyətdə anlaşılır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Ermənistan yeni konstitusiya qəbul etmədən baş verməyəcək. Paşinyan yox, başqaları gəlsə, onlar bu konstitusiya dəyişikliyinə çox güman ki, getməyəcəklər.

Amma Azərbaycan səbirli şəkildə məqamı gözləyəcək. Hətta Paşinyan yox, digərləri hakimiyyətə gəlsə belə, aramızda yeni münaqişənin alovlanma ehtimalı azdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Aprel 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri