Icma.az
close
up
RU
Paşinyan seçim qarşısında: Sülh müqaviləsi ilə bağlı sadə formul...

Paşinyan seçim qarşısında: Sülh müqaviləsi ilə bağlı sadə formul...

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zaman-zaman həm Paşinyan, həm də komanda üzvlərindən müxtəlif rəqəmlər səsləndirməklə sülh müqaviləsinin imzalanmasına yaxın olunduğu ilə bağlı sözlər eşidirik. Sülh danışıqları ilə bağlı proses bir xeyli irəliləyib. Həmçinin sona çox yaxınıq deyə bilərik. Amma nəzərə almaq lazımdır ki, sona çatmaq üçün bir neçə məsələ həll olunmalıdır ki, Ermənistan məhz olardan yayınmağa çalışır".

Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Azərbaycanın sülh müqaviləsi ilə bağlı çox sadə bir formulu var:

"Azərbaycan Ermənistana təklif edir ki, bu, yalnız iki ölkə hakimiyyətləri arasında deyil, o cümlədən iki ölkə cəmiyyətlərinin əhvali-ruhiyyəsini əks etdirən bir müqavilə olmalıdır. Elə bir müqavilə olmalıdır ki, hansısa bir gərginliyə, problemlərə əsas yaratmasın və gələcəyə də hansısa bir sual doğuracaq məqamlar qalmasın. Məhz bunun üçün Azərbaycan vaxtilə beş baza prinsipindən ibarət təklifləri önə sürmüşdü və o təkliflərdən biri də ərazi bütövlüyünü qəbul etmək, qarşılıqlı şəkildə ərazi iddialarından imtina etmək və gələcəkdə hansısa ərazi iddialarla çıxış etməmək idi".

Onun sözlərinə görə, hazırkı Ermənistan Konstitusiyası və Ermənistan qanunvericilik aktlarında Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları yer aldığını və bunun açıq şəkildə ifadə olunduğunu görməkdəyik:

"Azərbaycan məhz bu qanunvericilik, hüquqi sənədlərdə dəyişikliklərin edilməsini irəli sürüb. Xüsusilə Konstitusiyada İstiqlaliyyət Bəyannaməsinə istinad məsələsinin dəyişdirilməsini tələb edir. Ermənistan bundan bir formada müxtəlif variantlarla yayınmağa çalışır ki, bu da prosesi əngəlləyən əsas amillərdən biridir".

Politoloq vurğulayıb ki, Azərbaycan Ermənistana vaxtilə Qarabağ məsələsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət edilməsini də təklif edir:

"Ermənistan buna da getmək istəmir. Ermənistan hesab edir ki, sülh müqaviləsi bağlanandan sonra bu mümkün ola bilər. Minsk qrupunun qalması o deməkdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edir. Digər bir məsələ Ermənistanın şərti sərhədlərdə yerləşmiş və müddəti gələn ilin fevralında bitəcək Avropa İttifaqının mülki adlandırılan, əslində isə kəşfiyyatçılardan ibarət missiyasının bölgədən çıxarılmasını təmin etməsidir. Bu missiya iki ildən artıqdır ki, bölgədə fəaliyyət göstərməkdədir və onların fəaliyyəti əslində bölgədə sabitliyə yox, gərginliyə rəvac verən bir amildir. Nəzərə alsaq ki, bu missiya fəaliyyətə başladığı gündən sərhədlərdə təxribatla məşğuldur və binokl diplomatiyası həyata keçirirlər".

Oqtay Qasımovun qənaətinə görə, həll olunmamış sözügedən məsələlər həllini tapmayana qədər sülh müqaviləsinin imzalanması mümkün deyil: "Xüsusilə də Ermənistandakı indiki vəziyyətdə, Ermənistan hakimiyyətinin əhval ruhiyyəsinə və onun davranışlarına diqqət etdikdə, bu ilin sonuna qədər qalan çox qısa müddətdə hansısa bir sənədin imzalanması real görünmür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri