Icma.az
close
up
RU
Avropa dron təhlükəsi ilə üz üzə: Təşəbbüs realdırmı? Kaspi nin TƏHLİLİ

Avropa dron təhlükəsi ilə üz üzə: Təşəbbüs realdırmı? Kaspi nin TƏHLİLİ

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Avropanın təhlükəsizliyi qitənin əsas prioritetləri sırasındadır. Rusiyanın Ukraynada başlatdığı müharibə, işğalın günbəgün genişlənməsi Avropanı da narahat edir. Rusiya dronları Avropa üzərində uçur, nəticədə təyyarə reysləri təxirə salınır, hətta onlar NATO hərbi bazaları üzərində də görünməyə başlayıb. Bu da Avropa İttifaqı (Aİ) ölkələrini təxirəsalınmaz addımlar atmağa məcbur edir. Sanksiyalar Rusiyanın aqressiv hərəkətlərinin qarşısını ala bilmir. İndiyə qədər 19 sanksiya paketi tətbiq olunsa da, Kreml geri çəkilənə oxşamır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Avropanın müdafiə imkanlarını gücləndirəcək plan

Aİ preventiv addım kimi quruma üzv dövlətlərdə "Sülhün qorunması - 2030 Müdafiə Hazırlığı yol xəritəsi" planını təqdim edib. Plan Avropanın müdafiə imkanlarını gücləndirməyə yönəlib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen planla bağlı nikbin əhval-ruhiyyədədir. O bildirib ki, son təhdidlər Avropanın risk altında olduğunu göstərir:

"Biz hər bir vətəndaşı və ərazimizin hər santimetrini qorumalıyıq. Avropa vahid, həmrəy və qətiyyətlə hərəkət etməlidir. Yol xəritəsi 2030-cu ilə doğru yolda ümumi məqsədləri və konkret mərhələləri özündə ehtiva edən aydın plandır".

Bəs sənəddə nələr nəzərdə tutulub? İlkin məlumata görə, sənəd ilkin olaraq dörd əsas təşəbbüsün yaradılmasını nəzərdə tutur - "Dron divarı" (European Drone Defence Initiative), "Şərq sərhədi gözətçisi" (Eastern Flank Watch), "Avropa hava qalxanı" (European Air Shield) və "Kosmosda müdafiə" (Defence Space Shield). Bunlar quruda, dənizdə, havada, kiberməkanda və kosmosda Avropanın müdafiəsini gücləndirməli və NATO məqsədlərinin yerinə yetirilməsinə töhfə verməlidir. Bundan əlavə, plan silahların birgə hazırlanması və alınması üçün doqquz "imkanlar koalisiyası"nın formalaşdırılmasını, Aİ-nin müdafiə sənayesinin inkişafını, idxaldan asılılığın azaldılmasını və 2030-cu ilə qədər müdafiə avadanlıqlarının vahid bazarının yaradılmasını ehtiva edir. "Yol xəritəsi" həmçinin 2027-ci ilə qədər bütün Avropa boyunca qoşunların və texnikanın sürətli hərəkəti üçün quru, hava və dəniz marşrutları şəbəkəsi ilə ümum-Avropa hərbi mobillik zonasının yaradılması planlarını nəzərdə tutur. NATO ilə sıx əlaqədə hazırlanmış bu təşəbbüs Avropanın böhranlara sürətli reaksiya vermək qabiliyyətini gücləndirəcək.

Hərbi və kosmik məqsədlər üçün 131 milyard avro

Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, qurumun yeni yeddi illik büdcəsində hərbi və kosmik məqsədlər üçün 131 milyard avronun ayrılmasını təklif edib ki, bu da əvvəlki dövrlə müqayisədə (25.5 milyard avro) beş dəfə çoxdur. Yeni büdcə planı 2026-cı ilin sonunadək Aİ-nin bütün ölkələri tərəfindən təsdiqlənməlidir. Andrius Kubiliusun sözlərinə görə, ittifaqa üzv bütün dövlətlər 2028-ci ilədək hərbi xərclərini ümumdaxili məhsullarının azı üç faizinə çatdırsalar, Aİ ölkələrinin 2028-2035-ci illər üçün hərbi xərcləri 4,2 trilyon avroya çata bilər.

"Reuters"in məlumatına görə, əvvəlcə Aİ-nin şərq sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulmuş "dron divarı"nın yaradılması təşəbbüsünü genişləndirmək təklif edilir. Agentliyin bildirdiyinə görə, qərar bəzi regionların özlərini "məhrum hiss etdiklərini bildirməsindən" sonra qəbul edilib. "Yol xəritəsi"ndə pilotsuz uçuş aparatlarına qarşı sistemlər kimi əsas sahələr üçün imkanlar, məqsədlər və mərhələlər müəyyən ediləcək.

Xatırladaq ki, Aİ-də "dron divarı"nın yaradılması ilə bağlı müzakirələr 2024-cü ilin may ayından aparılır. Kubilius bu təşəbbüslə həmçinin ötən sentyabrda Polşa sərhədində vurulan və Danimarka, İsveç, Norveç və Almaniyanın hava məkanını pozan pilotsuz uçuş aparatları ilə bağlı hadisələrdən sonra çıxış edib. Lakin "Politico" və "Financial Times"ın qeyd etdiyi kimi, AK-nın təşəbbüsü Aİ ölkələrinin liderləri arasında birmənalı qarşılanmayıb. Onlardan bəziləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makron belə bir layihənin təhlükəsizlik sahəsində qəbul edilən bütün qərarların Brüsseldə mərkəzləşdirə biləcəyi ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, "dron divarı" çox baha başa gələ bilər və onun effektivliyi yalnız kağız üzərində sübut edilib.

Təşəbbüs realdırmı?

Xatırladaq ki, NATO-nun iyunda keçirilən Haaqa sammitində 32 ölkədən ibarət alyans 2035-ci ilədək ÜDM-nin 5 faizini müdafiəyə xərcləmək öhdəliyi götürüb. İndi isə bu hədəfə necə çatmaq əsas müzakirə mövzusuna çevrilib. Avropalılar müdafiə xərclərinin artırılmasının ABŞ ilə münasibətlər üçün yaxşı olduğunu anlayırlar, amma məyusluq da var. Adının çəkilməsini istəməyən avropalı diplomatlardan biri mediaya deyib ki, Ukraynaya ABŞ silahının NATO vasitəsilə verilməsi optimal seçim deyil. Çünki bu halda Aİ ölkələri "iki dəfə ödəniş etməli olur: birinci ABŞ müdafiə sənayesi, sonra isə özləri üçün". Hazırda ən təcili məsələ isə Avropanın havadan və raketlərə qarşı müdafiəsinin inteqrasiyasıdır. NATO-nun Baş katibi Mark Rutte qarşıdakı illərdə alyansın havadan müdafiə xərclərini 400 faizədək qaldırmalı olduğunu deyib.

Cənubi və Qərbi Avropa ölkələrinin narahatlıqları, regional prioritetlərin balanslaşdırılması və büdcə məsələləri bu təşəbbüsün taleyini müəyyən edəcək. Əgər Brüssel bu mexanizmi bütün qitəni əhatə edən inklüziv və adaptiv sistemə çevirə bilsə, "dron divarı" qitənin təhlükəsizlik tarixində yeni mərhələnin başlanğıcı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri