Icma.az
close
up
RU
Nişanlısına qəhrəman kimi qayıdacağına söz vermişdi

Nişanlısına qəhrəman kimi qayıdacağına söz vermişdi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmaz, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Vətən müharibəsi şəhidi Rahim Sərdarlı Füzulidən Şuşayadək döyüş yolu keçib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçü ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sərdarlı Rahim Rafik oğlu 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxır kəndində anadan olub. Rahim iyulda baş verən Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət edərək könüllü kimi qeydiyyata alınıb. Vətən müharibəsinə sentyabrın 29-da qoşulub.

“Rahim hərbi xidmətdə olduğu zaman Aprel döyüşlərində iştirak etmişdi. Onun toyuna hazırlaşırdıq. Amma pandemiya dövrü olduğu üçün toy təxirə salınmışdı. Cəbhəyə könüllü yollandı. Qırx gün döyüşdü. Rahim mənim övladım idi. Amma şəhid olandan sonra Vətənin övladı oldu. Rahim əvvəlcə Ağdam istiqamətində yerləşən hərbi birləşmələrimizin tərkibində yer alıb. Sonra Füzulidə döyüşüb. Son döyüşləri isə Xocavənd-Şuşa istiqamətində olub. Noyabrın 8-də Daşaltı döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Şəhid olmamışdan iki gün əvvəl onunla danışırdıq. Atəş səsləri gəlirdi. Mənə deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın. Az qalıb. Qəhrəman kimi qayıdacağam”, - deyə şəhidin atası Rafiq Məmmədov söyləyib.

Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədiyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib.

Anası Esmira Məmmədova bildirir ki, Rahim elə uşaqlıqdan təşəbbüskar, öndə olmağı sevən idi. “Rahim deyirdi ki, biz döyüşüb torpaqlarımızı azad etməsək, uşaqlarımız döyüşməli olacaq. Hətta cəbhəyə yola salanda mən onu qucaqlayıb dedim ki, nişanlısan bəlkə getməyəsən. Etiraz edib, getməliyəm dedi. Amma mənə söz vermişdi ki, qayıdacaq. Nişanlı idi. Deyirdi ana narahat olma qayıdan kimi toyumu edərik. Nişanlısına da söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız”, - deyə Rahimin anası Esmira Məmmədova söyləyib.

Rahim Sərdarlı vətənpərvərliyi ilə yanaşı, işgüzarlığı və dürüstlüyü ilə dostları, tanışları arasında böyük nüfuz qazanmışdı. Hələ gənc olmasına baxmayaraq sahibkarlıq sahəsində uğurlar əldə etmişdi. 2020-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olaraq çoxdan arzusunda olduğu tələbə adını da qazanmışdı.

Noyabrın 8-də Şuşa azad olunan gün Rahimin ailəsinə şəhid olması barədə məlumat verilib. Vətən müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri