Paşinyan telefondakı intim yazışmaları oxudu və... İrəvanda siyasi böhran
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan hakimiyyəti daxilində telefon böhranı yaranıb.
Publika.az xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının deputatı Ovik Ağazaryanla bağlı insidentdən sonra digər deputatlar baş nazir Nikol Paşinyanın əmri ilə hər an telefonlarının yoxlanılacağı və deşifrə ediləcəyi qorxusuna düşüb.
“Hraparak” nəşri yazır ki, hakim partiyanın deputatları yoxlanılmaq qorxusu ilə telefonlarının yaddaşını silib.
“Məlumatlara görə, Ağazaryanın telefonundan intim danışıqlar tapılıb. Paşinyan qapalı toplantıda Ağazaryanın telefonundan tapılan intim danışıqları şəxsən oxuyub və ondan yerindəcə cavab tələb edib. Partiyanın Ağazaryanın “dövlətin şəxsi məlumatlarının sızması səbəbindən” uzaqlaşdırıldığı barədə yaydığı məlumat da bunu gizlətmək məqsədi daşıyır. Mənbəmiz bildirdi ki, Ovikə qarşı ittihamı eşidən digər deputatlar öz telefonlarındakı yazışmaları siliblər. Bəzi deputatlar silinənlərin qaytarılması ehtimalına qarşı telefonlarını dəyişmək niyyətindədir”, - nəşr yazır.
Asif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















