Icma.az
close
up
RU
Paşinyan tələsir: ordunu təcili oradan çıxarmalıdır Lakin risk var

Paşinyan tələsir: ordunu təcili oradan çıxarmalıdır Lakin risk var

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası təkcə regional təhlükəsizlik məsələsi deyil, həm də Ermənistanın daxili siyasətinə və suverenliyinə təsir edən amil kimi dəyərləndirilir. Rəsmi İrəvan son illərdə Qərblə yaxınlaşmaq istiqamətində müəyyən addımlar atsa da, bu baza ölkədə qalmaqda davam edir. Hüquqi müstəvidə baza 1995-ci ildə imzalanmış ikitərəfli sazişə əsasən 2044-cü ilə qədər Ermənistanda yerləşməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bu məsələyə diqqət çəkməsi təsadüfi deyil. Dövlət başçısı bildirib ki, Rusiyanın Azərbaycanda bir nəfər belə əsgəri yoxdur, amma Ermənistanda hərbi bazası var.

Ermənistan Gümrüdəki bu bazanı niyə çıxarmır? Hüquqi mexanizmlər nədən ibarətdir? Moskva bu baza vasitəsilə Ermənistanda sabitliyi pozmağa və Baş nazir Nikol Paşinyanı devirməyə cəhd edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, razılaşmaya görə, 102-ci hərbi baza 2044-cü ilə qədər Ermənistanda qalmalıdır:

Həmçinin oxuyun:

Bu sual Prezidentə ilk dəfə verildi: cavabı isə diqqət çəkdi – Sensasion

“Bu kontekstdə hüquqi prosedurlar mövcud Ermənistan hakimiyyətinin əlini daraldır. Çünki əvvəlki hakimiyyətlər tərəfindən bu məsələ artıq razılaşdırılıb və təsdiqlənib. Lakin bəlli məsələdir ki, son zamanlar Gümrüdə ermənilərin aksiya keçirməsi təsadüfi deyil. Bu, hazırkı hakimiyyətin sifarişidir və məqsəd bazanı Ermənistandan çıxarmaqdır.

Zaur Məmmədov

Prezident İlham Əliyevin də “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə bu məsələyə diqqət çəkməsi təsadüfi deyil. Cənab Prezident də mümkün ssenariləri istisna etmir. Bəllidir ki, Paşinyan Qərbə inteqrasiya edir. Bu proses fonunda onun devrilməsinə də çalışa bilərlər. Ona görə də Ermənistandakı seçkilərə qədər Paşinyan belə bir addım ata bilməz. Amma sonrakı proseslərdə onun bu məsələyə daha intensiv yanaşması mümkündür. Hər halda, Cənubi Qafqazın gələcəyi baxımından bu məsələnin həlli vacibdir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri