Icma.az
close
up
RU
Ədəbi layihələr istedadları aşkara çıxarmalıdır

Ədəbi layihələr istedadları aşkara çıxarmalıdır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Söz” ədəbi-bədii layihəsinin rəhbəri, adı İngiltərənin 10 ən yaxşı xarici şairi siyahısına daxil edilən Nigar Həsənzadədir.

– Nigar xanım, ilk sualım öz yaradıcılığınızla bağlıdır. Mən sizin kitablarınızı oxumuşam. 2005-ci ildə Rəşid Behbudov adına Mahnı teatrında kitab təqdimatınızda da iştirak eləmişəm. Rus dilində yazırsınız, amma azərbaycandilli oxucular da sizi sevirlər. Səbəbini sizdən soruşmaq istərdim. Həm də, ümumiyyətlə, ilk qələm təcrübənizə nə vaxtdan başlamısınız?

– Mənim üçün çox böyük xoşbəxtlikdir, baxmayaraq ki, əcnəbi dilində yazsam da, rus dili və ədəbiyyatı üzrə filologiya fakültəsini bitirsəm də, həyatımın yarısını xarici ölkədə yaşasam da, ruhum, fikrim həmişə Vətənimlə bağlı olub. Yəni qanım da, ruhum da Vətənimdir. Hətta Avropada beynəlxalq festivallarda çıxış edərkən geyim tərzim Şərq üslubuna yaxın olub. Bu da Avropa auditoriyasında sual doğururdu ki, niyə rus dilində yazan şair bu qədər Şərqə bağlıdır. Mən hər zaman belə tədbirlərin təşkilatçılarına deyirdim ki, adım hər yerdə məhz Azərbaycan şairi kimi qeyd olunsun. Bu, məxsusi bir ruh halıdır.

– Siz uzun illər Britaniyada yaşamısınız, orada uğurunuz da olub. İlin on ən yaxşı xarici şairindən biri seçilmisiniz. Maraqlıdır, o qiymətləndirmə necə aparıldı? Ümumiyyətlə, Britaniyanın ədəbi mühiti necədir?

– Çox fərqlidir. Artıq 10 ildir ki, mən Azərbaycanda yaşayıram. Amma o vaxt elə oldu ki, ilk kitabımdan sonra Londona köçdüm və Azərbaycandan İngiltərəyə köçən gənc, rus dilində yazan şairə o ədəbiyyat mühitində özünə yer tapmağı bacardı. Öncə taleyimi dəyişən bir epizod oldu: Londonda gəzərkən divarda bir yazı gördüm. Məşhur ingilis şair-tərcüməçi Riçard Makkeynin (artıq o dünyasını dəyişib) şeir gecəsinin elanı idi. Anna Axmatovanın tərcümə olunmuş şeirləri səsləndiriləcəkdi. Və mən o gün ilk və balaca kitabımı əlimə alıb həmin şeir gecəsinə getdim. Riçard Makkeyn şeirləri oxuyurdu və hiss olunurdu ki, əsl şairdir. Çıxışını bitirəndən sonra ona yaxınlaşdım, kitabımı hədiyyə etdim. Azərbaycandan olduğumi biləndə onun gözərində, sanki, işıq yarandı. Dedi ki, Türk dünyasının gözəl şairi Nazim Hikmətin şeirlərini tərcümə edib. Özü də türk dilindən. Sən demə, Avropada ilk dəfə türk şairinin yaradıcılığını tərcümə edən şair idi. Mənim də Azərbaycan türkü olmağım ona xoş təsir bağışlamışdı. Elə bu səbəbdən də bir neçə gündən sonra o, məni çay süfrəsinə dəvət etdi. Sevincimdən nə edəcəyimi bilmirdim. İlk sualı o oldu ki, bəs, sizin şeirlərinizi ingilis dilinə kim tərcümə edir? “Heç kim” dedim. Qayıtdı ki, mən edəcəyəm.

Mənim bütün planlarım dəyişdi, orada qalası oldum və tərcümələrə başladıq. İngiliscə kitab 6 aya çap olundu. Riçard Makkeyn məni Londonun məşhur ədəbi camiəsinə təqdim etdi. Mən də ingiltərəli şairlərlə tanış oldum. Onlardan mənə ən doğma olanı təbrizli Ziba Kərbasi idi. Onunla birlikdə çox gözəl çıxışlarımız olub. Ziba farsca yazırdı, mən isə rusca. Müasir Sənət İnstitutunun səhnəsində “O taylı– bu taylı Araz” adı altında çıxışlarımız olurdu.

– Nigar xanım, sizin mətbuatda tez-tez adıçəkilən “Söz” ədəbi layihəniz var. Bu layihənin 10-dan çox tədbirində iştirak etmişəm. Azərbaycan dilində böyük əsərlər yaradan xalq şairləri layihənizi, şeirlərinizi çox bəyənirlər...

– Var olsunlar! 10 il əvvəl mən Azərbaycana yay tətilinə gəlmişdim və heç ağlıma da gəlməzdi ki, mən yenidən Vətənimə köçəcəyəm. Doğru deyilib ki, hər şey öz vaxtında olur. Güman edirəm ki, qayıdış addımını doğru vaxtda, doğru istiqamətdə atdım. Bu gün mənim Bakıda olmağım, fəaliyyətim, topladığım təcrübə və bəzi uğurlarım bunu deməyə əsas verir.

“Söz” ədəbi birliyi layihəsinə gəlincə, o vaxt Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə görüşümüz olmuşdu. Mənə sual verildi ki, siz fəaliyyətinizə Azərbaycanda davam etsəniz, hansı işlərlə məşğul olardınız? Anidən belə cavab verdim: mən faydalı olmaq istəyirəm. Sağ olsunlar, mənə bu imkanı yaratdılar. Bir layihə təqdim etməyimi istədilər. Elə həmin gün də bu layihənin adı qoyuldu. Nazirlik layihəmi dəstəklədi. Gənc şairlərin yaradıcılıqlarını geniş auditoriyaya təqdim etməyə başladım. Bir gün mənə zəng etdilər ki, Nigar xanım gəlin, biz sizin şeirlərinizi dinləmək istəyirik. Bu siz, bu da mikrofon.

Ümumiyyətlə, mən hər zaman çalışıram ki, “Söz”ün adı səslənəndə göz önünə istedadlar gəlsin. Bu layihə ilə mən etimadı doğrultmağa nail ola bildim. Əlbəttə ki, mənə güvənən, inanan gözəl insanların dəstəyi ilə...

– Siz gözəl bir kollektiv yaratmısınız orada.

– Bəli. Əslində çox maraqlıdır ki, “Söz”ün özünəməxsus insanları var. Bu şəxsiyyətlərin istedadlarından başqa, hər birinin ruhunda bir nur var. Tədbirlərimizdən Bakı Konqres Mərkəzində mərhum yəhudi əsilli dostumuz, ictimai xadim Arye Qutun kitab təqdimatı, Xocalı faciəsi ilə əlaqədar Əsəd Əsəd Fərəcov və Kübra xanımla bağlı təqdimat, “İgidlərin sözü” və s. yaddaqalan olub. Vətən müharibəsi başlayanda “Söz”ün fəaliyyəti dayandı və bilirsiniz ki, mən o zamanlar informasiya müharibəsi cəbhəsinə keçdim. Müharibə bitəndə mən anladım ki, “Söz” artıq əvvəlki istiqamətdə davam edə bilməyəcək. Çünki hər anın, hər zamanın öz tələbləri var. Belə bir fikrə düşdüm ki, müharibədə iştirak edən əsgərlərimizin, şəhidlərimizin yazılarını toplayıb bir kitab ərsəyə gətirim. Sosial şəbəkələrdə anons yerləşdirdim. Dərhal yazılar, şeirlər, esselər gəlməyə başladı. Biz onları topladıq. Təcrübəli jurnalist Aida Eyvazova da bizə bu işdə kömək etdi. Beləcə, ilk antologiyamız ərsəyə gəldi. Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndik və “İgidlərin sözü” möhtəşəm səhnələrdə yer aldı. Mən çox sevinirəm ki, bu layihədə iştirak edən qazilərimizin çoxunun adları tanınır. Bəzilərinə artıq şair deyə müraciət edirlər. Aralarında Prezident təqaüdünə layiq görülənlər də var. 11 nəfər isə artıq Yazıçılar Birliyinin üzvüdür. Bu layihə 2 il bundan əvvəl Şuşada keçirilən Vaqif Poeziya Günlərində özünü bir daha doğrultdu, kitabımız təqdim olundu. Ümid edirəm ki, bu layihənin növbəti çıxışları Xankəndidə, Xocalıda, Qarabağ Universitetində olsun.

– 2023-cü ildə Beynəlxalq Poeziya Festivalında iştirakınızdan da danışardınız. Bildiyim qədərincə, Azərbaycanı orada təmsil edən tək şair siz idiniz.

– Əlbəttə ki, böyük sevinc hissi ilə festivalda çıxış elədim. Baxmayaraq ki, hər müəllif istəyər ki, şeirlərini yazdığı dildə səsləndirsin. Amma mən orada öz doğma dilimdə şeir oxudum. Bu mənim üçün böyük məsuliyyət idi. Orada istedadlı şairimiz Salam Sarvanın tərcümələrini də səsləndirdim.

– Gənclərə nə tövsiyə edərdiniz?

– Tək gənclərə deyil, cəmiyyətimizə müraciət etmək istərdim. Məşhur bir deyim var, istedadlı insanlara dəstək olmaq lazımdır, bacarıqsızlar onsuz da istənilən işin öhdəsindən gələcəklər”. Çox istərdim ki, cəmiyyətimiz istedadlıları daim dəstəkləsinlər. Çox təəssüflər olsun ki, bəzən cəmiyyətimizdə bacarıqlı insanlar diqqətdən kənarda qalır. Bütün ədəbi-bədii layihələr istedadlı insanları üzə çıxarmağa xidmət etməlidir.

Müsahibəni qələmə aldı:
Anar TURAN
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see988

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see247

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see238

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see226

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see216

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see210

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see205

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see202

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see200

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see198

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see197

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see195

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see190

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see186

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see184

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see178

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see175

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see169

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see160

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri