Paşinyan: TRIPP layihəsi icra mərhələsinə keçir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan dəmir yolunun Ermənistana açılması ilə bağlı tarixi hadisə baş verməsəydi Hörmüz boğazı ətrafında yaranmış böhran yanacaq qiymətləri, inflyasiya və tədarük baxımından Ermənistanın vətəndaşlarına və iqtisadiyyatına daha güclü şəkildə təsir edərdi”.
APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Ermənistan lideri bərqərar olan sülh nəticəsində Azərbaycan ərazisindən açılan dəmir yolu əlaqəsinin və ticarət əlaqələrinin ölkəni rifahına müsbət təsir göstərdiyini qeyd edib.
Eyni zamanda, Paşinyan qeyd edib ki, beynəlxalq vəziyyətin mürəkkəb olmasına baxmayaraq, ABŞ, Ermənistan və Azərbaycan hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet vəzifə hesab edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 15 Aprel 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















