“Tramp və Rubio qıcıq duyduqları sosialist rejimi yox etməyə çalışacaqlar”
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Maduronun devrilməsindən ən çox zərər çəkən ölkə Kuba ola bilər. Venesuela oradakı qardaş rejimə çox ucuz qiymətə neft satır və bu, Kubanın neft ehtiyacının 40 faizini təşkil edir”
Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında politoloq Şahin Cəfərli yazıb.
Cəfərli qeyd edib ki, ABŞ bu alveri dayandırsa, Kubada sosial-iqtisadi vəziyyət daha da ağırlaşacaq:
“Kuba hazırda çox ağır, hərtərəfli böhran girdabındadır. Hökumət xalqı elektrik enerjisi, qida, dərman kimi təməl ehtiyaclarla təmin edə bilmir. Əhalinin 70 faizi normal qidalanmır, azı 90 faizi dərin yoxsulluq içərisindədir. Xəstəliklər geniş yayılıb. Kommunal infrastruktur dağılıb.
Şübhə yoxdur ki, Tramp və kubalı dövlət katibi Marko Rubio qarşıdakı 3 il ərzində Kuba məsələsini də həll etməyə və uzun illərdir qıcıq duyduqları sosialist rejimi nəhayət ki, yox etməyə çalışacaqlar.
Trampın qitə siyasəti latınamerikan mənşəli amerikalılar arasında (xüsusən Floridada) indiki administrasiyanın nüfuzunu artıracaq. Amma bu, qarşıdakı Konqres və prezident seçkilərində respublikaçıların qələbəsi üçün yetərli olmaya bilər”.
Bu mövzuda digər xəbərlər:Putin və Tramp bu tarixdə Ukrayna razılaşmasına nail olmağa çalışacaqlar
14 Fevral 2025 11:16
“Azərbaycanı daxildən qarışdırmağa çalışacaqlar”
25 Aprel 2025 15:39
“Müharibəni xalqa qələbə kimi təqdim etməyə çalışacaqlar” Elxan Şahinoğlu
24 İyun 2025 14:05
Görüntü müzakirələrə yol açdı: Bundan istifadə etməyə çalışacaqlar VİDEO
01 Aprel 2025 13:59
Tramp və Putin bu il müharibəni dayandırmaq barədə ortaq yol tapmağa çalışacaqlar AKTUAL
10 Fevral 2025 17:44
Baxış sayı:67
Bu xəbər 04 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















