Paşinyan Vaşinqtona gedəcək Tramp dəvət edib
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə fevralın 19-da Vaşinqtonda Qəzza Sülh Şurası liderlərinin ilk toplantısında iştirak edəcək.
“Qafqazinfo” “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ-nin vitse-prezidenti Ceyms Di Venslə birgə mətbuat konfransı zamanı məlumat verib.
Paşinyan Prezident Trampın dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib.
Xatırladaq ki, D. Trampın təşəbbüsü ilə yaradılan və Yaxın Şərqdə sülhün bərqərar olunmasını hədəfləyən sözügedən nüfuzlu Şuranın nizamnaməsi yanvarın 22-də Davosda imzalanıb. Hazırda Sülh Şurasına ümumilikdə 27 ölkə üzvdür.
Bu mövzuda digər xəbərlər:Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək İDDİA
09 Fevral 2026 15:00
Paşinyan Vaşinqtona niyə gedib?
05 Fevral 2025 16:12
Tramp Ərdoğanı Vaşinqtona dəvət etdi
05 May 2025 23:16
Tramp Azərbaycanı Vaşinqtona DƏVƏT ETDİ
08 Fevral 2026 22:07
Tramp onu Vaşinqtona dəvət etdi
01 May 2026 12:21
Baxış sayı:111
Bu xəbər 09 Fevral 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















