Paşinyan: Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan vətəndaşları 90-cı illərdən başlayaraq region ölkələri ilə mövcud münaqişələrə görə ölkəni tərk ediblər.
TASS xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.
“90-cı illərin əvvəllərindən bəri müxtəlif - hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması səbəblərini göstərərək daim miqrasiya haqqında danışırıq. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Gəlin, nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətrafla münaqişəli münasibətlərimiz, regional siyasətimizdir”, - o, Azərbaycan və Türkiyə ilə münasibətləri nəzərdə tutaraq bildirib.
Paşinyan həmçinin əlavə edib ki, “onun hökumətinin siyasəti sayəsində” “dövlətin qarşısında duran çağırışlar qismən həll olunur, lakin yeniləri meydana çıxır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















