Icma.az
close
up
RU
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir ŞƏRH

Paşinyan xalqdan legitimlik dəstəyi istəyir ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan tərəfi Vaşinqtonda imzaladığı sənədlərə qədər heç vaxt bu qədər suveren olmayıb


Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə xalqa çağırış edib. Baş nazir qeyd edib ki, bu gün onu "satqın" adlandırsalar da, məhz indiki hökumətin əməlləri nəticəsində 50 ildən, 100 ildən, 150 ildən sonra Ermənistan dövlət olacaq. Onun sözlərinə görə, bir ölkəni təhlükələrdən ancaq legitimlik sığortalaya bilər. Paşinyan bu kontekstdə qonşularla normal münasibətlərin önəminə diqqət çəkib: 

"Bizim vəzifəmiz dövlətimizin təhlükəsizliyini təkcə bu gün deyil, 100 il sonra da təmin edəcək qərarlar qəbul etməkdir. Mən bunu iki il əvvəl soruşurdum, indi soruşmuram, deyirəm ki, belə olacaq. Bu, ilk növbədə legitimlik strategiyasına görə olacaq". Paşinyan əlavə edib ki, Ermənistan müstəqilliyi dövründə heç vaxt indiki qədər təhlükəsizliyə malik olmayıb. Paşinyan açıq şəkildə etiraf edir ki, çətin və emosiyalara zidd qərarlar qəbul olunmaqdadır. Ona görə də baş nazir cəmiyyəti əvvəlcədən alışdırmağa, psixoloji müqaviməti azaltmağa çalışır. Göstərməyə çalışır ki, bugünkü addımlar müvəqqəti maraqlardan deyil, uzunmüddətli strategiyadan qaynaqlanır. Xalqa mesaj verir ki, "əgər birlikdə qərar versələr, dövlətçilik sarsılmaz olacaq". Bu, həm siyasi sabitlik, həm də hakimiyyətin möhkəmlənməsi baxımından daxili auditoriyaya yönəlmiş mesajdır. Baş nazirin vurğuladığı kimi Ermənistanın gələcəyi üçün sülh və əməkdaşlıqdan başqa alternativ yoxdur. Əsas hədəf Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. 


Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, Paşinyanı narahat edən əsas məqam erməni ictimai şüurudur. Ekspert vurğulayıb ki, baş nazir o səbəbdən mütəmadi olaraq erməni ictimai rəyinə bu cür fikirlər təlqin edir: 

"Əlbəttə, bu siyasət və təbliğat intensivləşməlidir. Şüur mütəmadi olaraq reallıqları qəbul etməlidir ki, insanlar gerçəklərin fərqinə vara bilsin. Erməni ictimai rəyi uğrunda çox ciddi mübarizə gedir. Rusiyanın dəstəklədiyi revanşist müxalif qüvvələr Kremldən aldıqları təlimat və maliyyə ilə ictimai rəyi dəyişməyə çalışırlar. Hökuməti "satqın" adlandıraraq Paşinyan əleyhinə fikir formalaşdırmaq və Ermənistanın sanki dövlət olaraq "çökdüyünü" insanlara sırımağa cəhd edirlər. Digər yanda isə mövcud həqiqətləri söyləyən, dövlət və xalq üçün strateji qərarlar qəbul edən bir hökumət və onun başçısı Nikol Paşinyan amili dayanır. Paşinyan intensiv olaraq ictimai şüura həqiqətləri söyləməklə Ermənistanı hansı potensial təhlükələrdən sığortaladığını göstərməyə çalışır. Baş nazirin bu siyasəti doğrudur. Çünki erməni ictimai şüuru həqiqətin fərqinə varmasa, Ermənistan cəmiyyətini aldatmaq çox rahat olacaq. Gürcüstan modeli ortadadır. Mixail Saakaşvilinin qısa müddətdə bütün korrupsiyanı ləğv etdiyi bir ölkədə Rusiya saxta "gürcü milyarderi" fiqurunu ortaya çıxarmaqla hakimiyyəti asanlıqla devirdi. Eyni modeli Ermənistanda tətbiq etmək niyyəti güdürlər. Milyarder Samvel Karapetyan bilavasitə Bidzina İvanaşvilinin başqa bir formasıdır. Fərq ondadır ki, N.Paşinyan zamanında S.Karapetyanı zərərsizləşdirməyi bacardı. Ancaq onun arxasında duran Rusiya bütün imkanlarını, o cümlədən Rusiyadakı erməni milyarderlərin maliyyəsini 2026-cı ildəki parlament seçkisinə yönəldəcəyi ilə bağlı potensial təhlükələr mövcuddur. Rusiya Ermənistanda iqtidarı devirmək fikrindədir. Paşinyan bunu bildiyi üçün narahatdır". 


N.Miri əlavə edib ki, əvvəlcə siyasi hakimiyyət özü legitim olmalıdır: 

"Paşinyana qədər Ermənistanda legitimlik problemi olub, heç vaxt demokratik seçki keçirilmədiyi üçün bütün seçkilər saxtalaşdırılıb. Erməni xalqı bunun fərqində olduğu üçün Sarkisyan-Koçaryan cütülüyünü dəstəkləmədi. Legitimlik həm də bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin tanınması və konstitusiyada təsbit olunmasıdır. Ermənistan Konstitusiyasında qonşulara ərazi iddiaları yer almaqdadır. Bu faktın özü dövlətin legitimliyini şübhə altına alır və müharibə riskləri yaradır. Paşinyan heç kimdən asılı olmayan, müstəqil qərarlar verən bir dövlət qurmağı arzulayır. Son aylarda məhz bu yöndə addımlar atdığını deyir. Həqiqətən, Ermənistan tərəfi Vaşinqtonda imzaladığı sənədlərə qədər heç vaxt bu qədər suveren olmayıb. Daim Rusiyanın əyaləti kimi çıxış edib. Paşinyan indiki dövrlə keçmişin rəzil durumunu müqayisə edərək, xalqa düzgün seçim etməyin yollarını göstərir. Baş nazir erməni toplumuna real təhlükəsizlik sistemi, legitim və müstəqil dövlət, suveren Ermənistan qurmağın sözünü verir, bu yolda dəstək istəyir. Əhatə olunduğu qonşularla normal münasibətlər qurmağın önəmini izah edir. Bununla da, potensial müharibə risklərini aradan qaldırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri