Icma.az
close
up
RU
Paşinyan Tehranla niyə dostlaşmaq istəyir? (ŞƏRH)

Paşinyan Tehranla niyə dostlaşmaq istəyir? (ŞƏRH)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ermənistanın İranı satmaq ehtimalı kifayət qədər yüksəkdir. Paşinyan isə hələlik vaxt udmağa çalışır”.

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Ermənistan baş naziri Nikol Paşinyanın indi də İrana yaltaqlanmasını şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Paşinyan mövcud şəraitdə manevrlərini artırmağa məcburdur:

"Dünya siyasəti yeni mərhələyə qədəm qoyur. ABŞ-ın qlobal güc kimi özünü fərqli aparmağa başlaması, Çinin iqtisadi hegemonluğa iddia etdiyi, Avropanın isə daxili çəkişmələr içində parçalandığı bu dönəmdə regional oyunçular üçün meydan daralır. Belə bir şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyan da manevrlərini artırmağa məcburdur”. 

Həmsöhbətimiz deyir ki, son aylar Paşinyanın ritorikasında kəskin dəyişikliklər müşahidə olunur:

"O, Vaşinqtonun diqqətini çəkməyə çalışsa da, eyni zamanda Tehrana da isti mesajlar göndərir. Bəs bu nə ilə bağlıdır? Bunun səbəbi ABŞ-ın yeni administrasiyasının siyasətində, Ukrayna böhranında və qlobal güc balansında baş verən dəyişikliklərdə gizlənir. Donald Trampın son çıxışları və ABŞ-da hakimiyyətin xarici siyasət baxışlarını yenidən dəyişmək ehtimalı Ermənistan üçün ciddi siqnaldır. Çünki Paşinyan Demokratlar xəttinin adamıdır. O, Qərbin "narıncı inqilablar” modeli ilə hakimiyyətə gətirdiyi liderlərdən biridir. Lakin məsələ burasındadır ki, Paşinyan nə Ukraynanın prezidenti Volodimir Zelenskidir, nə də Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili. Çünki ermənidir və ermənilərə xas olan hiyləgərliyi qoruyub saxlayır”. 


O, vəziyyətin necə dəyişdiyini gözləyən və öz mövqeyini qorumağa çalışan tipik hiyləgər bir erməni siyasətçidir. ABŞ-ın Ukraynanın arxasından çəkilməsi isə İrəvanda panikaya səbəb olub. Çünki Ermənistanın təhlükəsizliyi ilə bağlı Vaşinqtonun hansı strategiyanı yürüdəcəyi bəlli deyil. Əgər Qərb Ukraynaya verdiyi dəstəyi geri çəkirsə, bəs Ermənistanın vəziyyəti necə olacaq? Paşinyan anlayır ki, beynəlxalq sistemdə qüvvələr çox sürətlə dəyişir. O, görür ki, onun qonşuluğunda hərbi baxımdan onu məğlub etmiş, iqtisadi və nəqliyyat sistemində mühüm halqaya çevrilmiş, Türkiyə ilə qardaş olan, eyni zamanda Qərblə, İsraillə və hətta müəyyən gərginliklərə baxmayaraq Rusiya və İranla da balanslı münasibətlər qura bilən güclü bir Azərbaycan var”. 

Konfliktoloq bildirir ki, Azərbaycanın geosiyasi çəkisi Paşinyanı daha ehtiyatlı davranmağa vadar edir:

"Çünki artıq Ermənistanın geosiyasi manevr imkanları kəskin şəkildə azalıb. Qərb İrəvanı Rusiyadan uzaqlaşdırmaq üçün onu müstəqil bir güc mərkəzinə çevirmək iqtidarında deyil. İran Ermənistanın can simidi ola bilməz, çünki Tehranın özü beynəlxalq təzyiqlər altındadır. Rusiya isə Ermənistanı artıq etibarlı tərəfdaş kimi görmür. Belə bir şəraitdə Paşinyan yalnız bir çıxış yolu görür, situativ hərəkət etmək”. 

A.Hüseynovun fikrincə, Paşinyanın İrana xoş sözlər deməsi əslində onun ümidsizliyinin göstəricisidir:

"O, Tehrana mesaj göndərərək, İslam dünyası ilə münasibətləri dərinləşdirmək istədiyini bildirir. Lakin bu, nə qədər səmimidir? Tarix boyu Ermənistan xarici siyasətində həmişə fürsətçiliyə əsaslanıb. Keçmişdə Rusiyaya sadiq müttəfiq kimi görünən İrəvan, bu gün Qərbə yaxınlaşmağa çalışır. Əgər sabah Qərb Ermənistanın önəmini azaltsa və yeni bir siyasi xətt müəyyən etsə, Paşinyan fürsət düşən kimi Tehrana da arxa çevirəcək. Bunun siqnalları artıq görünməkdədir. Paşinyanın sözlərinə baxmayaraq, ABŞ mediasında yayılan məlumatlara görə, İrəvan Vaşinqtonla gizli danışıqlar aparır. ABŞ hərbçilərinin Qafan hava limanından istifadə etməsi ehtimalı və Qərb sərhəd mütəxəssislərinin Ermənistana gəlməsi barədə yayılan xəbərlər İrəvanın əslində Qərblə bağlarını daha da gücləndirdiyini göstərir. Yəni Paşinyan bir tərəfdən İrana dostluq mesajları verir, digər tərəfdən isə Qərblə əməkdaşlığını dərinləşdirməyə çalışır”. 

Ekspert düşünür ki, Ermənistan öz siyasətini real vəziyyətə uyğunlaşdırmazsa, geosiyasi kənarlaşma prosesi daha da sürətlənəcək:

"Paşinyanın əsas problemi odur ki, Ermənistan üçün geosiyasi seçimlər getdikcə azalır. Azərbaycan isə Cənubi Qafqazın əsas diplomatik mərkəzinə çevrilir. Bakı, hətta bəzən İsrail və Türkiyə, İran və İsrail arasında vasitəçilik etməyi təklif edə biləcək qədər müstəqil və balanslı siyasət yürüdür. Bu fonda Paşinyanın İranla bağlı son bəyanatları onun ənənəvi erməni diplomatiyasının davamıdır”.

Həmsöhbətimiz vurğulayır ki, Paşinyanın bugünkü diplomatik manevrləri onun çarəsizliyini və qeyri-müəyyənliyini əks etdirir:

"O, ABŞ-ın yeni hakimiyyətinin onunla necə işləyəcəyini bilmir. Vaşinqtondan konkret bir siqnal gəlmədiyi üçün Paşinyan özünü İrana yaxın  göstərməyə çalışır. Lakin bu, uzunmüddətli bir strategiya deyil. Ermənistanın gələcəkdə hansı  istiqamətdə gedəcəyi tamamilə geosiyasi  reallıqlardan asılı olacaq. Paşinyanın "ikili oyun" siyasəti davam edə bilər, lakin bu siyasət artıq  Ermənistan üçün uğur vəd etmir. Azərbaycan, Türkiyə, İran və Rusiya regionun əsas gücləri kimi prosesləri müəyyən edir, İrəvan isə bu proseslərin əksəriyyətindən kənarda qalır. Paşinyan bu gün Tehrana xoş sözlər deyir, amma sabah onun hansı tərəfə dönəcəyi sual altındadır. Çünki Ermənistanın diplomatiyası heç vaxt uzunmüddətli tərəfdaşlıqlara əsaslanmayıb, hər zaman fürsət düşən kimi yeni bir yön tapmağa çalışıb. Məhz bu səbəbdən, Tehran da İrəvana tam etibar etmir. Ermənistanın İranı satmaq ehtimalı kifayət qədər yüksəkdir. Paşinyan isə hələlik vaxt udmağa çalışır”. 

Qeyd edək ki, ABŞ-da ümidləri puç olan Paşinyan indi də Tehrana yaltaqlanmağa başlayıb. Paşinyan İranın dövlət televiziyasına müsahibəsində bildirib ki, Ermənistan İranın maraqlarına qarşı həssasdır və İran İslam Respublikası da bizim maraqlarımıza həssasdır. Jurnalistin "kənar düşmənlərdən İran-Ermənistan münasibətlərini necə qorumaq olar” sualına Paşinyan cavabında deyib ki, "biz münasibətlərin təbii maraqlara əsaslanmasına diqqət yetirməliyik”.

Paşinyan bildirib ki, İranla Ermənistanın əlaqələri olan bir sıra Qərb ölkələrində narazılıq yaradıb:

”Biz İranın bu həssas maraqlarını nəzərə almağa və proseslərimizdə ziddiyyət yaratmamağa çalışırıq”.

Baş nazir Paşinyan hökumətinin qərbyönümlü kimi xarakterizə edilib-edilməməsi və bunun Tehranla münasibətlərə təsir edib-etməməsi ilə bağlı suala cavabında bildirib ki, rəsmi İrəvan hər hansı qərəzlilik təzahürünü istisna edən balanslaşdırılmış xarici siyasət yürüdür. 


Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see384

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see320

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see279

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see232

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see222

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see216

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see198

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see189

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see183

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see173

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see160

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see154

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri