Icma.az
close
up
RU
Paşinyan xəndək qazdırır “sülh göyərçini” müharibəyə hazırlaşır...

Paşinyan xəndək qazdırır “sülh göyərçini” müharibəyə hazırlaşır...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kəlbəcər istiqamətində xəndək qazılması barədəki son məlumatlar Paşinyanın sülh əvəzinə müharibəni seçdiyini göstərir”

Ermənistan açıq şəkildə Azərbaycanla hərbi qarşıdurma üçün hazırlıq içərisindədir. Nikol Paşinyan hökümətinin Ermənistanda sərgilədiyi saxta “sülhsevər” görüntünün tam əksinə olaraq Azərbaycanla sərhəddə artıq xəndəklər qazılır, hərbi hərəkətlilik müşahidə olunur. Ən son məlumat kimi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində xəndəklər qazdıqları barədə xəbərlər yayılır. Bu barədə "Bez Tormozov" Teleqram kanalı foto sübutlar yayımlayıb. Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir. Bu məlumatın özü artıq rəsmi İrəvanın 44 günlük müharibədən sonra revanş üçün məkrli planlar hazırladığını göstərir. Əldə edilən son məlumatlar da təsdiq edir ki, N.Paşinyan höküməti sülh müqaviləsi əvəzinə qanlı müharibə hazırlığı içərisindədir. Hazırda Rusiya ilə açıq mübarizə yolunu tutan və Qərbə tərəf yuvarlanan N.Paşinyan, marionet siyasi fiqur kimi bütün təkliflərə açıq şəxsdir.Rəsmi İrəvan yalançı sülh bəyanatlarının arxasında açıq müharibə planları üzərində baş sındırır. Bu, qaçılmaz və real mənzərədir.
Ənənəvi erməni hiyləgərliyinə xas bir şəkildə N.Paşinyan və onun komandası son siyasi addımlarında Azərbaycanla sülh müqaviləsinə hazırlaşmaq əvəzinə bölgədəki maraqlı qüvvələrin təlimatları əsasında hərbi təxribat üçün dəstək axtarışına çıxıblar. Təkcə yeni ilin son iyirmi günündə hazırkı Ermənistan hökümətinin addımlarına nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. Həm XİN rəhbəri Ararat Mirzoyanın, həm erməni spiker Alen Simonyanın səfərləri və açıqladıqları fikirlər erməni rejiminin sülh müqaviləsi əvəzinə müharibə hazırlığı gördüyünə işarədir. Xüsusilə ABŞ Administrasiyası ilə tərəfdaşlıq müqaviləsinin imzalanması və ABŞ əsgərlərinin Ermənistana yollanmaları prosesin kifayət qədər ciddiliyindən xəbər verir. Ermənistanla tərəfdaşlıq müqaviləsinin imzalanması təkcə artıq keçmişdə qalan Co Bayden administrasiyasının istəyi deyildi. ABŞ kimi nəhəng dövlətdə şəxsi fikirlər deyil, dövləti maraqlar əsas götürülür. Bu müqavilə ABŞ-ın Ermənistanla bağlı gələcək planlarına daxil olan məsələ idi. Bu yerdə “Bunu C.Bayden istəyirdi, Donald Tramp gəldi, bu tərəfdaşlıq ancaq kağız üzərində qalacaq” kimi sadəlövh fikirlərə qəti yer yoxdur.
Əvvəla ona görə ki, bu tərəfdaşlıq məsələsi ABŞ-ın dövləti adından imzalanıb. Sonrası da biz D.Trampın gələcəkdə Ermənistanla bağlı hansı mövqe tutacağını bilmirik. Bir çoxlarının guya D.Trampın “Putinpərəsət” siyasət yürüdəcəyi, Ərdoğanla möhkəm dost olduğu və buna görə bizə də ən azı loyal münasibət sərgiləyəcəyini iddia etmələri tam əsassızdır. Kanadanı ciddi cəhdlə ABŞ-a birləşdirmək üçün hərəkətə keçən, ilk prezidentlik günündə dünyanı heyrətə salan qərarlar imzalayan bir liderin Azərbaycanın və Türkiyənin dostu olacağına da zəmanət-filan yoxdur. N.Paşinyanın bu gün Kəlbəcər yaxınlığında xəndəklər qazdırması da təsadüfən, yaxud onun öz kasad “beyin fantaziyası” sayılmamalıdır. Siyasətdən azacıq anlayışı olan hər kəs son proseslərdən sonra “torbada pişik” var qənaətinə gəlir. Xüsusilə son bir ildə Qərbdən, Fransa və Hidistandan ən yeni silah növləri alan Ermənistan rejimi Cənubi Qafqaz planları üçün əsas marionet ölkə imici qazanıb. Nəzərə almaq lazımdır ki, sözügedən dövlətlər, Ermənistana təkcə kütləvi qırğın silahı deyil, həm də özlərinə sərf edən təlimatlar verirlər. Şübhəsiz ki, bu təlimatın arxasında Cənubi Qafqazı nəzarət altına almaq istəyi durur. Vəziyyətin bu cür davam etməsi Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh müqviləsinin baş tutmasını da sıfıra endirir. Hər halda bu gün Kəlbəcər istiqamətində əsgərlərinə xəndək qazdran N.Paşinyan hər halda o xəndəkləri sülh üçün qazdırmır...

Mətləb Salahov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri