Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Sülh dalana dirənib: Paşinyan müharibəyə hazırlaşır?

Sülh dalana dirənib: Paşinyan müharibəyə hazırlaşır?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan revanşist müxalifəti yenidən Qarabağın “müstəqilliyi”ni tanımamaqda ittiham edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan parlamentdə çıxışı zamanı bu barədə sensasion açıqlamalar verib.

“Bir çox müxalifətçi müsahibələrində və sosial şəbəkələrdə mənim bu “Qarabağ Ermənistandır və nöqtə” ifadəmi məzəmmətlə qeyd etməkdən əl çəkmirlər. Mən bu gün bu mövzuya toxunmaq istərdim.  Qayıdaq 2018, 2017, 2016-cı illərə. “Dağlıq Qarabağ” nə idi? Müstəqil dövlət? Yox. Çünki müstəqil dövlətin mühüm atributu var... Yeri gəlmişkən, bu gün həm dost, həm də dost olmayan ölkələr davamlı olaraq bu barədə danışır, deyirlər: “Elədirsə, niyə Ermənistan “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımırdı?”

Mən deputat olanda müstəqilliyin tanınması ilə bağlı bir neçə təşəbbüs də vardı. 

Lakin onlar rədd edildi və bununla da faktiki olaraq, “Dağlıq Qarabağ”ın müstəqil dövlət olmadığını bəyan etdilər. İndi sual yaranır:

Qarabağ Azərbaycandırmı? Xeyr, təbii ki, o zaman kimsə desəydi ki, Qarabağ Azərbaycandır, bunun nəticələrinin necə olacağı aydındır. Qarabağ Ermənistandır? Yox. Qarabağ Ermənistan deyil. Yaxşı, cənablar, gəlin müəyyən edək: Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycan deyil, Qarabağ Ermənistan deyil, elə isə  Qarabağ nədir?

Bu sual niyə vacibdir? Hörmətli həmkarlar, hamiləlik 9 ay davam edir. Maksimum 9 aydan sonra nəsə baş verməlidir. Uşaq təbii yolla, ya da qeysəriyyə əməliyyatı ilə doğulur; Ya diri doğulur, ya da ölü; Ya oğlan, ya qız doğulur. Təsadüfi deyil ki, mən bu tribunadan dəfələrlə (Ermənistanın üçüncü prezidenti) Serj Sarkisyanın 2018-ci ilin aprel bəyanatından sitat gətirmişəm. 

Hamiləliyi daha 9 ay uzatmağa çalışmaq absurd yanaşmadır. Buna baxmayaraq, suala cavab vermək vacibdir: 2019-cu ildə nə baş verdi, hər şey nə dərəcədə düzgün edildi və harada səhv edildi, bizim, yaxşı, mənim siyasətim nə dərəcədə düzgün idi? Bu siyasəti obrazlı desək, “hamiləliyin” 9 ay uzadılması baxımından dəyərləndirsək, apardığımız siyasət yanlış sayıla bilər. 

Ancaq sualın tərtib edilməsinin başlanğıcda səhv olduğunu unutsaq, bu doğrudur. Lakin sual dövlətə sahib olmaq şansının təmin edilməsi baxımından formalaşırsa, deməliyəm: bizim rəhbərlik etdiyimiz və apardığımız siyasət dövlətə sahib olmaq şansı əldə etmək üçün yeganə mümkün variant idi və olaraq qalır”. 

Göründüyü kimi, Ermənistanın Baş naziri hakimiyyətdə olduğu illərdə Qarabağ siyasətinin mahiyyətinə aydınlıq gətirməyə çalışıb. 

Nikol Paşinyan istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindəki uğursuzluğa görə özünün deyil, indi müxaifətdə olan əvvəlki hakimiyyətin məsuliyyət daşıdığını bildirib. Yəni bu gün Paşinyanı satqınlıqda ittiham edən revanşist qüvvələr Ermənistana rəhbərlik etdikləri dövrdə Qarabağdakı separatçı rejimi nə özləri müstəqil dövlət kimi tanıyıblar, nə də dünyada tanınmasına nail ola biliblər. Qarabağ “müstəqil” olmadığı kimi, Ermənistanın da olmayıb. 

Əslində, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasına baxmayaraq, Qarabağ heç vaxt nə müstəqil, nə də Paşinyanın dediyi kimi, Ermənistanın ola bilməzdi. Ermənistanın yürütdüyü siyasət və sülh danışıqlarının dalana dirənməsi  Azərbaycanın işğal altındakı əraziləri güc yolu ilə azad etməsini qaçılmaz edirdi. 

Sadəcə olaraq, Paşinyan bu məğlubiyyətin səbəbini Serj Sarkisyanın və Robert Köçəryanın üzərinə atmaq istəyir. Ona görə də “Qarabağ nədir, kimindir” suallarına ehtiyac qalmır. Çünki Qarabağ beynəlxalq hüquqla Azərbaycanın tanınmış ərazisidir. 

Məhz bu səbəbdən, 30 il ərzində dünya ölkələri işğal faktını və qondarma rejimin mövcudluğunu qəbul etmədi. 

Lakin Nikol Paşinyanın müxalifətə yönəlik ittihamları və Qarabağın Ermənistan olmadığına dair fikirləri heç də onun siyasi səmimiyyətindən xəbər vermir. 

Baş nazir “Qarabağ Azərbaycandır” demir və hətta bunu müqayisəli tərzdə də olsa, danmağa çalışır. Paşinyanın bu yanaşması Ermənistan rəhbərliyinin əsl niyyətini üzə çıxarır. Yəni Ermənistanda radikal, yaxud liberal siyasi qüvvələrin hakimiyyətdə olmasına baxmayaraq, Qarabağa olan ərazi iddiası dəyişmir. 

Əgər Qarabağ Ermənistan deyilsə, o zaman Paşinyanın nə üçün konstitusiya referendumundan imtina etdiyinə dair sual yaranır. Deməli, bir tərəfdən sülh sazişi imzalamağa hazır olduğunu və “Qarabağ Ermənistan deyil” - deyən Paşinyan eyni zamanda, Azərbaycana qarşı güclü silahlanma siyasəti həyata keçirir. 

Ermənistan rəhbərliyi bir tərəfdən Azərbaycana qarşı ərazi iddiasından imtina etdiyinə dair şifahi bəyanatlar versə də, paralel olaraq, şərti sərhədə ağır artilleriya və raket sistemlərinin yerləşdirir.

Bütün bunlar Ermənistanın bu cür açıqlamalarla vaxt qazanmağa çalışdığını, pərdə arxasında isə müharibəyə hazırlaşdığını isbat edir. 

Paşinyanın Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılmasına dair tələbi yerinə yetirməkdən boyun qaçırması da bununla bağlıdır. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri