Icma.az
close
up
RU
Paşinyan Hitlerin yolunu seçib sülh deyib müharibəyə hazırlaşır...

Paşinyan Hitlerin yolunu seçib sülh deyib müharibəyə hazırlaşır...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan artıq ənənəvi erməni hiyləgərliyini də arxada qoyub. Dövlət və siyasət işində naşı kimi göstərilən bu adam, onu siyasi mənada pultla idarə edənlərin birbaşa diktəsi ilə Azərbaycanla hərbi toqquşma üçün gün sayır. Artıq son günlər erməni ordusu tərəfindən mövqelərimiz intensiv şəkildə atəşə tutulur. Mətbuatda gedən məlumatlardan aydın görünür ki, artıq erməni hərbi birləşmələrinin bir sıra istiqamətlərdə hərəkətlliliyi də müşahidə olunur. Düzdür, bir neçə gün öncə Parlamentin son iclasındakı çıxışında N.Paşinyan Azərbaycanla müharibənin mümkünlüyü qəti şəkildə istisna edərək, sülh bəyanatları səsləndirdi. Lakin bu Adolf Hitlerin 1941-ci ildə, ikinci dünya müharibəsi öncəki gedişinə bənzər gedişdir.
Hazırkı Ermənistan hakimiyyəti Avropa Birliyinə üzvlüklə bağlı ilk addımları atmaqla həm ilk tapşırıqları icra etməyə başlayıb, həm də bölgədə “Rusiyasız Qafqaz” siyasətinə start verib. Əslində “Rusiyasız Qafqaz” ideyası Emmanuel Makron və Avropa İttifaqının funksionerlərinə aid ideyadır. Fakt budur ki, N.Paşinyan bu ideyanı gerçək etmək üçün çalışır. Eyni zamanda ABŞ Prezidenti Donald Trampla düşmənə çevrilən Avropa liderləri, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda ABŞ liderinin dostluq etdiyi Vladimir Putini sıxışdırmaq və burada bufer zona yaratmaq üzərində işləyirlər. Bu, açıq-aydın belədir. Qərb ona görə Cənubi Qafqazda möhkəmlənməyə çalışır ki, bu strateji bölgədə gələcək on illiklər boyu Rusiya təsiri olmadan Yaxın Şərqə qədər geniş təsir zonası yarada bilsin. Hazırda Qərb başbilənləri bu planlar üçün hazırkı Ermənistan hakimiyyətini “itaətkar icraçı” işinə seçiblər və görünən odur ki, Azərbaycanı hədəf seçməklə gələcək planlar üçün hazırlıq görürlər.

Bölgədə bilməyən qalmayıb ki, Ermənistanın silahlandırılması işinə şəxsən Fransa prezidentinin özü nəzarət edir və bu o deməkdir ki, erməni sevgisində Makrondan geri qalmayan Avropa İttifaqınının rəhbərləri bu qədər silah-sursatı və yüz milyonlarla dolları İrəvana göz dağı olsun deyə yollamırlar. Daha bir məqama diqqət edək. Həm N.Paşinyan, həm də onun komandasında təmsil olunanlar nə qədə\r çığır-bağır salıb sülh barədə danışsalar da, əməli addım gələndə sülhdən əsər əlamət yoxdur. Əvvəla hazırkı Ermənistan hakimiyyəti sülh məsələsi üçün lazım olan iki əsas məsələni həll etməyib. Birincisi, Azərbaycana qarşı ərazi iddiaları ilə “zəngin olan” hazırkı Ermənistan Konstitusiyasında heç bir dəyişiklik edilməyib. Bunun üçün heç bir əməli addım da görünmür. Halbuki Konstitusiya dəyişikliyi Sülh Sazişi üçün ən vacib məqamdır. İkincisi, Ermənistan cəmiyyətinin sülh prosesinə hazırlanması. Bu isiqamətdə də nəinki irəliləyiş yoxdur, əksinə ənənəvi erməni daşnak təfəkkürü son bir neçə ayda daha aqressiv forma alıb. Azərbaycana qarşı nifrət isterikası belə görünür ki, erməni cəmiyyətini heç vaxt tərk etməyəcək. Çünki bütün dövrlərdə Errmənistanın dövlət siyasətində işğalçılıq başlıca ideologiya olub. Heç bir erməni siyasətçi görünür ki, bu isterikadan imtina edənə oxşamır. Əksinə, bu cür xəstə ictimai şüur həm erməni siyasətçilərinə, həm də bölgədə mühüm maraqları olan böyük dövlətlərə Azərbaycana qarşı işğalçılıq planları həyata keçirmək üçün vacib məqamdır. Bu isə o deməkdir ki, bu gün erməni cəmiyyəti Azərbaycanla sülhə hazır deyil. Sülh, təkcə sənəd üzərində qazanılmır, həm də insanların şüurunda qazanılır.

Mətləb Salahov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri