Paşinyan: Xüsusi seçkilər keçirilməlidir
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Yeni katolikosun seçilməsi üçün növbədənkənar seçkilər keçirilməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mütləq növbədənkənar seçkilər keçirilməlidir. Amma bütün ermənilərin katolikosu üçün xüsusi seçkilər”, – baş nazir qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib.
Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Həmçinin o, katolikosu Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.
Ermənistan KİV-in məlumatına görə, II Qareginin Xatun Qriqoryants adlı qızı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 03 İyul 2025 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















