Icma.az
close
up
RU
Paşinyan yeni sınaq qarşısında: O, devriləcək?

Paşinyan yeni sınaq qarşısında: O, devriləcək?

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan parlamentindəki “Mənim namusum var” müxalifət fraksiyası baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı təşəbbüs irəli sürüb. Fraksiya eyni zamanda Masis şəhərinin meri David Ambartsumyanın baş nazir postuna namizədliyini irəli sürüb. Qeyd olunur ki, fraksiya Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla əlaqəli siyasi düşərgəyə aiddir və hazırda parlamentdə altı mandatla təmsil olunur. Ermənistan qanunvericiliyinə əsasən, impiçment təşəbbüsünün parlamentin gündəliyinə salınması üçün azı 36 deputatın imzası, baş nazirin vəzifədən kənarlaşdırılması üçün isə 54 səsin toplanması tələb olunur. Hazırda müxalifətin təşəbbüsünün reallaşma ehtimalı qeyri-müəyyən olaraq qalır. 

Son zamanlar Ermənistanda Paşinyana qarşı narazılıq. Bunun müxtəlif səbəbləri var. Sözsüz, əsas səbəblərdən biri də mövcud hakimiyyətin Azərbaycanla münasibətləri, həmçinin sülhə dair mövqeyi ilə bağlıdır. Bu, müxalifətin fəallaşması ilə nəticələnir.  Yəqin ki, qarşıdakı günlərdə müxalifət daha da fəallaşacaq. Paşinyana qarşı impiçment prosesinin başlanması üçün ciddi səy göstərilə bilər. Amma yəqin ki, baş nazir hələ ki hakimiyyətini qorumağı bacaracaq. Hətta impiçment prosesi başlansa belə, Paşinyan devrilməyəcək. Nəzərə almaq lazımdır ki, indiyə kimi dəfələrlə Paşinyanı hakimiyyətdən devirməyə cəhd olub. Amma bu səylər heç bir nəticə verməyib. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasından sonra da Paşinyan hakimiyyətdə qalmağı bacardı. Hətta davam edən ciddi etiraz aksiyalarına rəğmən. Məsələ burasındadır ki, Ermənistandakı hakimiyyət təkcə daxili siyasi məsələ deyil. Bu, həm də xarici gücləri maraqlandırır. Paşinyanı Qərb hakimiyyətə gətirib. Məhz hazırk hakimiyyət nəticəsində Qərb dünyası Ermənistanı Rusiyadan müəyyən mənada uzaqlaşdırmaqla Cənubi Qafqaza müdaxilə etməyə, Moskvaya təzyiq göstərməyə imkan tapıb. Bu mənada Paşinyan hələ Qərbə lazımdır. Ona görə də həm ABŞ, həm də Avropa onu dəstəkləyir. Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan Rusiyadan uzaqlaşmağa başlayıb. Həm Paşinyan, həm də onun komandasının üzvləri dəfələrlə Moskvanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid ediblər. Hətta İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə Kreml qınanılıb. Əlbəttə, bu, Rusiyanın reputasiyasına zərbə olmaqla ikitərəfli münasibətlərdə “çat” yaradır. Buna baxmayaraq, Rusiya ilə Ermənistan arasında ticarət həcmi artmaqdadır. Üstəlik, tərəflər arasında “soyuq küləklər” tədricən aradan qalxır. Bəzilərinin fikrincə, Ermənistan hakimiyyətinin zaman- zaman Rusiyaya qarşı ortaya qoyduğu mövqe sadəcə şoudur. Hərçənd belə deyilsə belə, İrəvan hələ də Moskvanın “buxovlarından azad ola bilməyib”. Bunun üçün uzun müddət lazımdır.  Bəlkə də Kreml Paşinyanın “qələmini qırmaq” barədə düşünə bilər. Lakin bu, Rusiya- Ukrayna müharibəsi bitəndən sonra olacaq. Hələlik Paşinyan Qərb qədər Rusiyaya da lazımdır. Odur ki, hər iki tərəf Paşinyanın hakimiyyətinin qorumasına çalışacaq. 


Kənan Novruzov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri