Icma.az
close
up
RU
Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...

Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Son həftələrdə Rusiyanın Ermənistandakı Gümrüdə yerləşən 102-ci hərbi bazasının aktivliyi artıb. Lakin söhbət nə şəxsi heyətin rotasiyasından, nə də planlı müdafiə qabiliyyətinin gücləndirilməsindən gedir. Bütün göstəricilər tamamilə başqa məntiqi üzə çıxarır — hərbi alətlər daxili siyasi proseslərə müdaxilə üçün rıçaqlara çevrilir.

Axar.az xəbər verir ki, bu barədə “Caliber”in məlumatında bildirilib.

Mənbələrin bildirdiyinə görə, Rusiya tərəfi 2025-ci ilin iyun və iyul aylarında dəfələrlə Azərbaycana müraciət edərək, hərbi nəqliyyat təyyarələrinin hava məkanımızdan keçməsinə icazə istəyib. Məqsəd — Ermənistana silah-sursatın çatdırılması olub. Lakin Bakı qəti və birmənalı mövqe ortaya qoydu: dəhliz bağlıdır. Bu qərar həm milli maraqların qorunmasını, həm də potensial risklərin olduğunu əks etdirir.

“Göndərilməyə çalışılan yükün nomenklaturası ciddi suallar doğurur. Ağır silahlarla yanaşı, Gümrüdəki bazaya yaxın döyüşlər və şəhər mühitində istifadə üçün nəzərdə tutulmuş silahlar da çatdırılmağa cəhd edilib. Yəni söhbət yalnız gələcəkdə Azərbaycanla sərhəddə mümkün açıq toqquşmalardan deyil, həm də küçə döyüşləri və sıx yaşayış məntəqələrində silahlı qarşıdurmalar ehtimalından gedir.

Əldə olunmuş məlumata görə, Rusiyanın hədəflərindən biri Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı devirməkdir. Moskva İrəvan üzərində birbaşa təsir rıçaqlarını itirdikdən sonra nəzarəti idarə olunan böhran vasitəsilə bərpa etməyə cəhd edə bilər. Bu fonda, Ermənistan ərazisi boyu müxtəlif təxribatlar, hətta terror aktları da istisna edilmir. Bu model artıq tanışdır: 2014-cü ildə Krımda hər şey “yaşıl adamcıqlar”, xaos və paralel olaraq siyasi fiqurların dəyişdirilməsi ilə başlamışdı.

Moskvanın “ehtiyatda saxladığı” köhnə qvardiya da var: Robert Köçəryan, Serj Sərkisyan, Samvel Karapetyan. Hər üçü prorus reputasiyaya malikdir və Paşinyana qarşı yaradılacaq qarışıqlıq fonunda “milli alternativ” kimi irəli sürülə bilər. Gözlənilir ki, təxribat dalğasından sonra məhz onlar səhnəyə çıxaraq vəziyyəti “xilas etmə” bəhanəsi ilə ön plana keçsinlər. Səhnəarxasında isə Ermənistan siyasətinə sızmış beşinci kolon fəaliyyət göstərəcək.

Mənbələrin fikrincə, hakimiyyət dəyişikliyi uğurlu olacağı təqdirdə, növbəti mərhələ İrəvanın siyasi kursunun dəyişdirilməsi, ardınca isə Azərbaycan istiqamətində eskalasiyanın başlanması olacaq. Bu da izah edir ki, Rusiya niyə Gümrüdəki 102-ci bazaya məhz ağır silahları çatdırmağa çalışır.

Beləliklə, söhbət nə sadəcə texnika daşınmasından, nə də müvəqqəti aktivlikdən gedir. Bu, regionun siyasi-hərbi mənzərəsini dəyişdirə biləcək addımlar zəncirinə struktur hazırlığıdır. Əsas təhlükə də bundadır. Moskva Ermənistan ərazisini idarə olunan böhran və güc tətbiqi üçün əməliyyat meydanı kimi görür. Paralel olaraq, Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq niyyətindədir.

Azərbaycanın Rusiyaya hava dəhlizi verməkdən imtinası vacib, amma aralıq səddir. Daha önəmlisi isə Rusiyanın eyni vaxtda həm Ermənistana, həm də perspektivdə Azərbaycana qarşı oyunun mexanizmini anlamaqdır.

Azərbaycan üçün bu ssenari sərhədlərimizdə sabitliyin pozulması və yeni səviyyədə təhlükələrin yaranması deməkdir. Ermənistan isə bu planın reallaşacağı halda yenidən subyekt yox, obyekt olacaq. Bunu həm metodlar, həm adlar, həm də ritorika təsdiqləyir. Və bütün bu detalların arxasında tanış məntiq gizlənir: idarə olunan xaos, elitaların dəyişdirilməsi, militarizasiya, xarici qarşıdurma. Hamısı eyni “dərsliyə” uyğundur.

Rusiya hələ də itirdiyi təsiri qaytarmağa ümid edir, amma bunun qiyməti Cənubi Qafqazın ümumi təhlükəsizlik balansı ola bilər. Moskva üçün qonşu ölkələrin destabilizasiyası geosiyasi “korreksiya” aləti kimi qəbul edilirsə, region üçün bu, dağıdıcı nəticələrlə başqasının oyununa cəlb olunmaq deməkdir.

Sual İrəvanın bu ssenarinin reallaşmasına imkan verib-verməyəcəyində deyil. Sual başqadır: O, siyasi sabahının konstitusiya çərçivəsində deyil, xarici oyunçunun maraqları naminə — İrəvanda deyil, Gümrüdəki 102-ci baza qərargahında və Moskvada yazılan ssenari ilə yenidən “yazıla” biləcəyini dərk edirmi?

Amma Azərbaycan artıq o ölkə deyil ki, kimsə onu görməzdən gəlsin və ya fakt qarşısında qoysun. Biz passiv müşahidəçi deyilik. Görürük, təhlil edirik, nəticə çıxarırıq. Və bizdə kifayət qədər iradə, alətlər və siyasi təcrübə var ki, regionun yad ssenari üzrə oynanmasına imkan verməyək”, - agentlik qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Avqust 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri