Icma.az
close
up
RU
Paşinyan böyük sınaq qarşısında: Hakimiyyətdə qalmaq üçün… KONKRET

Paşinyan böyük sınaq qarşısında: Hakimiyyətdə qalmaq üçün… KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi gələn ilin birinci yarısında imzalana bilər” açıqlaması regionda geniş müzakirələrə səbəb olub.

Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, qardaş Türkiyə Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizlik sisteminin qurulmasında maraqlıdır:

İlyas Hüseynov

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Türkiyənin də regiondakı strateji məqsədlərinə uyğundur.
Xarici işlər naziri və Prezident səviyyəsində Ankara müxtəlif təşəbbüslər irəli sürüb. Kommunikasiya xətlərinin açılması, Zəngəzur dəhlizinin və “Orta Dəhliz” marşrutunun işə düşməsi əməkdaşlığı gücləndirəcək”.

Ekspertin sözlərinə görə, Fidanın səsləndirdiyi “gələn ilin birinci yarısı” ilə bağlı bəyanat ehtimal xarakteri daşıyır və bunun reallaşması bir sıra siyasi amillərdən asılıdır:

“Unutmayaq ki, gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcək. Hazırkı hakimiyyət, Paşinyan və komandası böyük sınaq qarşısındadır. Yenidən hakimiyyətdə qalmaq üçün bütün vasitələrdən istifadə edəcəklər. Digər mühüm məqam isə Azərbaycanın irəli sürdüyü şərtlərlə bağlıdır. Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəaların aradan qaldırılması müstəsna əhəmiyyətə malikdir. Paşinyan avqust ayında Vaşinqtonda imzalanan sənədlə bu öhdəliyi götürüb”.

Hüseynov əlavə edib ki, sülhün tezləşməsi üçün İrəvanda konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilməlidir:

“Əgər Ermənistan Konstitusiya Məhkəməsi və dövlət hakimiyyət orqanları referendumun keçirilməsini təmin etsələr, o zaman sülh müqaviləsinin imzalanması daha sürətli baş verə bilər. Bu proseslər icra olunarsa, tərəflər sülhə daha da yaxınlaşacaq. Artıq dövlət rəhbərləri siyasi iradə ortaya qoyublar və ABŞ Prezidenti də buna şahidlik edib. Beləliklə, münaqişə dövrünün arxada qalması faktiki olaraq təsdiqlənir”.

Siyasi şərhçinin fikrincə, yekun sülh real görünür, lakin konkret vaxtın reallaşması Ermənistanın daxili siyasi addımlarından asılı olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see309

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see214

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see189

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see175

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see168

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see151

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see143

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see140

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see138

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see123

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri