Icma.az
close
up
RU
Paşinyana hücum edən gənc kəllə beyin travması aldı

Paşinyana hücum edən gənc kəllə beyin travması aldı

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanla baş verən insidentdə iştirak edən 18 yaşlı David Minasyanın səhhətində ciddi problemlər yaranıb.

“Qafqazinfo” erməni KİV-ə istinadla xəbər verir ki, gəncin vəkili Lusine Martirosyan onun tibbi müayinədən keçdiyini bildirib.

Vəkilin sözlərinə görə, aparılan yoxlamalar nəticəsində Minasyana “qapalı kəllə-beyin travması və beyin silkələnməsi” diaqnozu qoyulub. Martirosyan vurğulayıb ki, hadisə günü müvəkkili kilsədə sadəcə liturgiyada iştirak edib və hər hansı cinayətkar məqsədi olmayıb.

Xatırladaq ki, hadisə martın 29-da İrəvandakı Müqəddəs Anna kilsəsində baş verib. Nikol Paşinyan ayindən sonra kilsəni tərk edərkən David Minasyan ona tərəf irəliləyərək “mənə elə baxma” deyib və Baş nazirə zərbə endirməyə cəhd edib. Hadisə ilə bağlı ümumilikdə üç nəfər – David Minasyan, onun əkiz qardaşı Mikael Minasyan və Gevorq Gevorqyan saxlanılıb.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Bildirilir ki, David Minasyan “xuliqanlıq və vəzifəli şəxsin siyasi fəaliyyətinə müdaxilə” maddələri ilə birbaşa icraçı kimi, digər iki şəxs isə köməkçilik və təşkilatçılıq ittihamları ilə məsuliyyətə cəlb olunublar. Məhkəmənin qərarı ilə D. Minasyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib, digər təqsirləndirilən şəxslər isə ev dustaqlığına buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Aprel 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri