Icma.az
close
up
RU
Paşinyana qarşı ciddi narazı təbəqə formalaşmaqdadır ŞƏRH

Paşinyana qarşı ciddi narazı təbəqə formalaşmaqdadır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bu proses geniş vüsət alacağı təqdirdə baş nazirin hakimiyyətini qoruması çətinləşəcək


Xəbər verdiyimiz kimi Ermənistanın Baş naziri Nikol Paşinyan öz tərəfdarlarını bütün ermənilərin katolikosu II Qareginə qarşı çıxmağa səsləyib. Paşinyan bildirib ki, II Qaregini Eçmiədzindəki rəsmi iqamətgahından uzaqlaşdırmaq üçün hər yola baş vuracaq. İddialara görə, baş nazir yaxın günlərdə kilsə rəhbərliyinə qarşı "korrupsiya" və digər ittihamlarla bağlı "kompromatları" mediaya sızdırmağı planlaşdırır.

 Qeyd edək ki, Paşinyan bir müddət əvvəl kilsə rəsmilərinin subaylıq andını pozduğunu bildirib. Bu səbəbdən tərəflər arasında qarşıdurma şiddətlənib. Paşinyan bəyan edib ki, Ermənistanı Serj Sarkisyandan azad etdiyi kimi, kilsəni də azad edəcək: "Eçmiədzinin (II Qaregin) ana taxtı antixristian, azğın, antimilli və dövlət əleyhinə qrup tərəfindən ələ keçirilib. Bu mübarizəyə şəxsən rəhbərlik edəcəyəm". 


Paşinyan bildirib ki, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir.

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu SHERG,AZ-a  deyib ki, Ermənistanda Apostol Kiləsis ilə, konkret olaraq II Qaregin ilə Paşinyan hökuməti arasında çox ciddi ziddiyyətlər var və bu, qarşıdurma uzun müddətdir davam edir. Professorun sözlərinə görə, hətta bu proses 2020-ci ildən başlayıb: 

"Burada maraqlar sırf siyasi xarakterlidir, hakimiyyət uğrunda gedən mübarizənin təzahürüdür. Paşinyan bir yandan öz hakimiyyətini möhkəmləndirmək üçün davamlı olaraq radikal addımlara getdi. Yaxşı xatırlayırıq ki, hakimiyyətə demokratik dalğa üzərindən gəldiyini bildirən Paşinyan siyasi opponentlərinə qarşı çox sərt davrandı. Eyni zamanda da onun siyasi opponentləri də Paşinyana qarşı barışmaz mövqe tutublar. Xüsusən də, 2020-ci ildə Azərbaycan öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etdikdən sonra bu amildən istifadə edərək Paşinyanı devirmək üçün cəhdlər olunur. Əvvəllər də qeyd edirdik ki, Ermənistanın işğalçılıq siyasəti ölkəni təkcə iqtisadi inkişafdan geri qoymur. Eyni zamanda Ermənistanı dərin siyasi böhranların girovluğunda saxlamaqdadır. Həqiqətən də Ermənistanda bu gün dərin siyasi böhran var. Paşinyan da öz siyasi karyerası üçün ciddi narahatlıq keçirir. Çünki Kilsə ilə Paşinyana müxalif olan dairələr arasında çox ciddi iş birliyi var. Ona görə də Paşinyan hesab edir ki, ilk növbədə Kilsəni öz nəzarətinə götürməlidir. Paşinyan hətta II Qaregini mülki adı ilə (Ktriç Nersisyan) çağırır. Yəni Kilsə ilə Paşinyan arasında gərginlik artmaqdadır". 

E.Mirbəşiroğlu əlavə edib ki, əslində, Ermənistan Konstitusiyasında aydın göstərilib ki, dövlət və Kilsə ayrıdır. Amma Paşinyan ölkənin baş naziri yox, sıravi vətəndaş kimi Apostol Kilsəsinə mənsub olan bir şəxs kimi keşişlə mübarizəni öz üzərinə götürür: "2018-ci ildə hökuməti devirmişdi, indi də II Qaregini devirməyi planlaşdırır. Paşinyan vurğulayır ki, Apostol Kilsəsinin rəhbərinin müəyyənləşməsində dövlət rol oynamalıdır. Bu, Konstitusiya ilə ziddiyyət təşkil edir. Erməni əsilli biznesmenin, Samvel Karapetyanın həbs edilməsi, digər siyasi opponentlərə qarşı Paşinyanın sərt mövqeyi, Kilsəyə qarşı mübarizə bütövlükdə 2026-cı ildə keçiriləcək parlament seçkisi ilə bağlıdır. Paşinyana qarşı ciddi narazı təbəqə formalaşmaqdadır. Bu prosesin geniş vüsət alacağı təqdirdə Paşinyanın öz hakimiyyətini qoruması çətinləşəcək. Ona görə də Paşinyan kənardan təlimat və dəstək almaqdadır". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri