Icma.az
close
up
RU
Paşinyandan tarixi qərar: “Soyqırımı” abidəsi sökülür

Paşinyandan tarixi qərar: “Soyqırımı” abidəsi sökülür

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər qondarma erməni soyqırımı memorialında aparılan bərpa işləri ilə bağlı foto və videogörüntülər abidənin söküləcəyinə dair məlumatların yayılmasına səbəb olub. 

Hətta təmir adı altında memorial kompleksin bəzi sütunları sökülüb.

“Cebheinfo.az” xəbər verir ki, “Hraparak” bu məsələnin Ermənistan ictimaiyyətində narahatlıqla qarşılandığını yazıb. ““Tsitsernakaberd” memorial kompleksində Mülki Müdafiə Nazirliyinin abadlıq adlandırdığı, əsas səbəb kimi hidroizolyasiya və drenaj problemlərini göstərdiyi ehtiyatsız, savadsız, düşünülmüş şəkildə olmasa da, işlər aparılır. Muzeyin direktoru Edita Qzoyanın sözlərinə görə, söküntüdən sonra eyni daşlardan təkrar istifadənin mümkün olub-olmadığını görmək qərarına gəliblər:”Lakin məlum oldu ki, bu mümkün deyil”. 

Belə olan halda, arxitektura quruluşunu tamamlayan üç sütunun dərhal sökülməsilə memorial kompleksə ciddi ziya vurulmasına nə üçün icazə verildiyi məlum deyil. İnternetdə yayılan videolar sübut edir ki, daşlar əvvəlcə çıxarıla bilməyib, ancaq çəkiclə sındırılaraq əzilərək zorla çıxarılıb. 

Memar Anahit Tarxanyanın sözlərinə görə, bərpa işlərinin aparılmasının zəruriliyi barədə ictimaiyyətə öncədən məlumat verilməyib. Layihə tarixçilərin, memarların, inşaatçıların, mühəndislərin, hidrogeoloqların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müzakirəyə çıxarılmayıb. Qəzet yazır ki, ekspertlər tikinti sahəsinin zəif təchiz olunduğunu və nişanlanmadığını, bütün ərazinin texnikanın yağ ləkələri ilə örtüldüyünü bildirir ki, bu da abidənin təbii daş üzlüyünün müəyyən hissələrinə düzəlməsi mümkün olmayan ziyan vurub. 

Quraşdırılmış dəmir armaturlar daş döşəməyə zərər verən pasla örtüb. Eni 40 sm-ə qədər, uzunluğu təqribən 1,5-1,7 metr olan dirəklərin sındırılaraq götürüldüyü, bütöv hissələrin qırıldığı sübut edilib. Bütövlük və harmoniya pozulacağından nə köhnə sütunları, nə də yeniləri bərpa etmək mümkün olmayacaq. Qeyd edək ki, Ermənistanda qondarma soyqırım abidəsinin sökülməsi məsələsi hələ ötən ilin aprel ayında gündəmə gəlib. 

Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “real Ermənistan” ideyasını tənqid edən yerli media bu prosesin “erməni soyqırımı”na ucaldılmış xatirə abidəsinin sökülməsi ilə nəticələnəcəyini yazmışdı. Analitik Ruben Marqaryan “soyqırım” abidəsinin Paşinyanın “real Ermənistan” siyasətinə zidd olduğunu bildirirdi: 

“Belə çıxır ki, o, təkcə Ermənistanın Baş naziri deyil, komandası ilə birlikdə “real Ermənistan”ın “tarixi Ermənistan”la konseptual döyüşünə rəhbərlik edir”.

Marqaryanın sözlərinə görə, Nikol Paşinyan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ermənistanda milli ruhun yüksəlməsinə dəstək verdiyini düşünür.

“Məqsəd Ermənistanı konseptual olaraq mübarizə apardığı forposta çevirmək olub. Biz hesab edirik ki, Paşinyan “tarixi Ermənistan”a qarşı konseptual mübarizəsində DTK-nın maxinasiyalarının nəticələrini aradan qaldırmağın zəruriliyi qənaətinə gələcək və “soyqırım” abidəsini demontaj edəcək”,-deyə ekspert ötən il mətbuata açıqlamasında qeyd edib. 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması, kommunikasiyaların açılmasına dair razılaşma, həmçinin rəsmi İrəvanla Türkiyənin münasibətlərinin normallaşması istiqamətində ciddi addımların atılması “soyqırım” abidəsinin sökülməsi ilə nəticələnə bilər. Çünki Ermənistan Azərbaycanla və Türkiyə ilə yaxın qonşuluq və mehriban dostluq şəraitində yaşamaq üçün türk xalqlarına qarşı düşmənçiliyə səbəb olan bir sıra saxta iddialardan, o cümlədən 1915-ci il hadisələrini soyqırım kimi qələmə verməkdən əl çəkməlidir. 

Türkiyənin Ermənistan qarşısında qoyduğu əsas tələblərdən biri də bununla bağlıdır. Bu baxımdan, sözügedən komlkesin söküləcəyinə dair məlumatlar inandırıcı görünür. Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci bəndində qondarma soyqımının bütün dünyada tanınması qarşıya əsas siyasi vəzifə kimi qoyulur. 1995-ci ildə Ermənistan konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilir. 

Yəni uydurma soyqırımı məsələsi Ermənistan konstitusiyasına daxil edilib. Ona görə də Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün konstitusiyaya dəyişiklik etməlidir. 2026-cı ilin sonu-2027-ci ilin əvvəlində Ermənistanda konstitusiya referendumu keçiriləcəyi gözlənilir. 

Preambula hissəsi konstitusiyanın yeni mətnindən çıxarılsa, o halda “soyqırım” məsələsi ilə bağlı hüquqi iddilara xitam veriləcək. Bu halda qondarma soyqırım abidəsinin mövcudluğu konstitusiyaya zidd olacaq. Qeyd edilən məntiqlə “memorial komleksi” referenduma qədər təmir adı altında bağlı saxlanıla və konstitusiyaya dəyişiklikdən sonra sökülə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az

Açar sözlər: “Soyqırımı” abidəsi Paşinyan qərar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri