Paşinyandan xəbərdarlıq: Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsınızmı?
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
“Ermənistanın müxalif qüvvələri Azərbaycan barədə dediklərinin siyasi nəticələri barədə düşünmürlər”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yerli müxalifət qüvvələrinin dünən keçirilən görüşündən sonra yayımlanan birgə bəyanatını şərh edərkən bildirib.
“Nə olur-olsun, çıxıb İlham Əliyevdən, Azərbaycandan danışırlar. Görəsən, dediklərinin siyasi nəticələri barədə düşünürlərmi? Mən həmişə söyləmişəm ki, bu insanlar dövlət əleyhinə fəaliyyət göstərən şəxslərdir. Əgər məsələ (konstitusiya dəyişikliyi) referenduma çıxarılsa və xalq lehinə səs versə, onda nə edəcəklər? Onlar dövlət əleyhinə olan insanlardır, öz oğurluqlarını ört-basdır etmək istəyirlər”, - o vurğulayıb.
Nikol Paşinyan əlavə edib ki, müxalifətin “uğur şansı”nı artırmaq üçün görüşdə yalnız bir nəfərin iştirakı çatışmayıb:
“Əgər katolikos II Qaregin də orada olsaydı, mənzərə tam olardı. Düşünürəm ki, axşam həmin formatda yenidən bir araya gəlsələr, bazar günü “inqilab” baş verəcək”.
O qeyd edib ki, Ermənistan Azərbaycanla sülhün institusionallaşdırılması istiqamətində fəaliyyətlərini davam etdirir: “Əvvəllər də demişəm ki, xalq (konstitusiya dəyişikliyi ilə bağlı) necə qərar versə, elə də olacaq”./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 05 Noyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















