Paşinyanın 6 il 6 ay 6 gündən sonra yeni imici: ermənilər iki cəbhəyə bölündü
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyanın yeni imici ermənilər tərəfindən bərmənalı qarşılanmayıb.
Modern.az xəbər verir ki, saqqalını və bığını qırxan baş naziri tənqid edənlər də var, alqışlayanlar da.
Sosial şəbəkələrdə Paşinyanın yeni imicinə görə iki cəbhə yaranıb: onu söyənlər və müdafiə edənlər.
Məsələn, hüquq müdafiəçisi Ruben Melikyan Nikol Paşinyanın imic dəyişikliyinə toxunaraq yazıb:
“Bu dəccal hakimiyyətin ələ keçirilməsindən düz 6 il 6 ay 6 gün sonra (8 may 2018-ci il tarixindən) saxtalaşdırılıb. Göstərişləri kimin verdiyini bilmirəm, amma bu adam simvolizmin böyük həvəskarıdır, bu danılmaz faktdır”.
Paşinyanı müdafiə edən Karen Qaloyan adlı sosial şəbəkə istifadəçisi isə yazıb: "Savadsız media və onun ardınca gedən kütlənin bir aylıq qeybət mövzusu hazırdır”.
Sosial şəbəkələrdə Paşinyanı ruhi xəstə, təlxək, axmaq, boşboğaz adlandıranlar da olub.
Bununla yanaşı, “cənab baş nazi, çox cavanlaşmısan, çox gözəl yaraşır” qeydləri edənlər də var.
Baxış sayı:125
Bu xəbər 15 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















