Icma.az
close
up
RU
Paşinyanın Azərbaycanla mübahisəli məsələləri həll etməkdən başqa alternativi qalmayıb

Paşinyanın Azərbaycanla mübahisəli məsələləri həll etməkdən başqa alternativi qalmayıb

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistanın baş naziri Nikol Paşinyan dünyada və bölgədə yaranan durumu nəzərə almaq məcburiyyətindədir. Hər ikisi Ermənistanın xeyrinə deyil. Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Kreml ətrafında yeni hədəflər seçəcək və Moskva qonşuluğunda siyasətindən narazı qaldığı müxtəlif ölkələrə təzyiqi artıracaq. Bu ölkələrdən biri Ermənistan ola bilər. Nikol Paşinyanın xarici və təhlükəsizlik siyasəti Kremli çoxdandır narahat edir, ancaq Ukrayna müharibəsi Moskvanın Ermənistanı ram etməsinə imkan vermirdi”.

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, Kreml üçün belə bir imkan yaxın zamanda yarana bilər:

“Ağ Ev administrasiyasının Moskva ilə dialoqu da Paşinyanın narahatlığına səbəb olmaya bilməz. Paşinyan Bayden administrasiyası ilə intensiv dialoq aparırdı. Bayden hakimiyyətinin son günlərində Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlığı hədəfləyən saziş imzalanmışdı. Ancaq Trampı Ermənistan maraqlandırmır. Nikol Paşinyan Azərbaycanla mübarizədə Qərbin dəstəyinə arxalanırdı. Bu dəstək azaldığına görə, Paşinyanın Azərbaycanla mübahisəli məsələləri həll etməkdən başqa alternativi qalmayıb. Paşinyan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını da istəyir. Ancaq bunun da yolu İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasından keçir. Ankara bu mövqeyini dəfələrlə İrəvana çatdırıb.

Nə qədər ki, Rusiya diqqətini Cənubi Qafqaza yönətlməyib, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Paşinyan sazişin imzalanması üçün son əngəli də aşmalıdır. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasıdır. Doğrudur, Paşinyan yeni Konstitusiyanın qəbulu gərəkliyini bildirib. Ancaq o bu məsələni gələn ilə, yəni Ermənistanda parlament seçkilərindən sonraya saxlayıb. Halbuki, dünyada və bölgədə hadisələr o qədər sürətlə dəyişir ki, Konstitusiyanı dəyişmək üçün bir il də uzun müddətdir. İrəvan sülh sazişindəki bütün bəndləri Bakı ilə razılaşdırıbsa, Konstitusiyada Azərbaycana aid bəndin həmin sənəddən çıxarılmasını da sürətləndirmək mümkündür.

Prezident İlham Əliyev Bakıda işinə başlayan XII Qlobal Bakı Forumda Ermənistanla sülhdə ölkəmizin maraqlı olduğunu bir daha təkrarlayıb. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin müəllifidir. Prezident bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Prezidentin son cümləsindəki “demək olar ki...” ifadəsi o deməkdir ki, İlham Əliyev sülh sazişinin imzalanması üçün Nikol Paşinyanın son addımı atmasını, Kontitusiyada zəruri dəyişiklik etməsini gözləyir”.

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri