Icma.az
close
up
RU
Paşinyanın bəyanatı: Dəhlizlərin açılması bölgənin taleyini dəyişəcək

Paşinyanın bəyanatı: Dəhlizlərin açılması bölgənin taleyini dəyişəcək

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqaz əsrlər boyu böyük yolların, ticarət karvanlarının, xalqlar və mədəniyyətlərin kəsişdiyi məkan olub. Bu torpaqlardan keçən hər bir yol sadəcə yük və sərnişin daşımayıb, həm də iqtisadi, siyasi və mədəni əlaqələrin nəfəsini daşıyıb. Bu gün isə həmin tarixi missiyanın yenidən dirçəlməsindən danışılır.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Tsaxkadzorda keçirilən “Dağ-mədən sənayesi” forumunda səsləndirdiyi bəyanat da məhz bu baxımdan diqqətəlayiqdir. Onun sözlərinə görə, yaxın vaxtlarda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması artıq qaçılmazdır. Bu isə təkcə yeni yolların çəkilməsi, sərhədlərin aşılması deyil, həm də bölgənin taleyində yeni səhifənin yazılması deməkdir.

İndi hamını maraqlandıran sual budur: nəqliyyat dəhlizlərinin işə düşməsi Cənubi Qafqazda iqtisadi inteqrasiyanı və siyasi münasibətləri necə dəyişəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması artıq zərurətə çevrilib. Ermənistanın baş naziri Nikol Paşinyanın bunu qəbul etməsi və etiraf etməsi isə müsbət hal kimi qiymətləndirilməlidir:

"Çünki kommunikasiya xətlərinin açılması bölgədə iqtisadi və siyasi inteqrasiyanı sürətləndirəcək, sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir".

İlyas Hüseynov: Naxçıvanın blokadadan çıxması və Azərbaycanın əsas ərazisi ilə birbaşa əlaqəsinin təmin olunması tarixi hadisə olacaqdır

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, regionun nəqliyyat arteriyalarının işə düşməsi böyük coğrafiyada əməkdaşlığı daha da dərinləşdirəcək, Şərqlə Qərb, Şimalla Cənub arasında yüklərin daşınmasını asanlaşdıracaq. Bu isə Cənubi Qafqazın siyasi xəritədə önəmini artıraraq bərabərhüquqlu münasibətlərin formalaşmasına şərait yaradacaqdır:

"Sözsüz ki, Zəngəzur dəhlizi bölgənin mənzərəsini dəyişdirəcək. Naxçıvan Muxtar Respublikasının blokadadan çıxması və Azərbaycanın əsas ərazisi ilə birbaşa əlaqəsinin təmin olunması tarixi hadisə olacaqdır. Bununla yanaşı, regionda gərginlik ocaqlarının da aradan qaldırılacağına ümid edirik".

Politoloq əlavə edib ki, hazırda dəhlizin açılması ilə bağlı işlər sürətləndirilməkdədir. ABŞ da daxil olmaqla müxtəlif ölkələrin nümayəndə heyətləri bölgəyə səfərlər edərək texniki detallar üzərində müzakirələr aparırlar:

"Bütün bunlar onu göstərir ki, dəhlizin açılması bölgənin gələcəyi üçün son dərəcə müsbət nəticələr vəd edir. Ümid edirik ki, bu proses daha da sürətləndiriləcək və biz yaxın zamanda Zəngəzur dəhlizinin reallığa çevrildiyinin şahidi olacağıq".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri