Icma.az
close
up
RU
Paşinyanın bitməyən ev tapşırığı : İrəvan niyə vaxt itirir?

Paşinyanın bitməyən ev tapşırığı : İrəvan niyə vaxt itirir?

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində regional hərəkətlilik artsa da, İrəvanın konkret addımlardan yayınması və xarici güclərə söykənən manevrləri prosesi ləngidir. Ekspertlər hesab edirlər ki, rəsmi Bakının de-fakto sülh naminə atdığı praktik addımlara rəğmən, Paşinyan hakimiyyəti öz üzərinə düşən öhdəliklərdən yayınmağa çalışır. Politoloqların fikrincə, regionda dayanıqlı sabitlik üçün Ermənistanda Konstitusiya referendumunun keçirilməsi zəruri olduğu halda, rəsmi İrəvan daxili siyasi çəkişmələri bəhanə edərək vaxt qazanmağa çalışır və müstəqil siyasət yürüdə bilməyərək növbəti dəfə Qərbin geosiyasi maraqlarının alətinə çevrilir.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra ölkədə yaranmış siyasi vəziyyət sülh prosesinin gələcək mərhələlərinə də təsir göstərir.
Onun sözlərinə görə, Nikol Paşinyan parlamentdə çoxluğu əldə etsə də, Konstitusiyaya dəyişikliklərin qəbulu ilə bağlı müəyyən çətinliklərlə üzləşə bilər: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir. Bunun üçün isə referendum keçirilməsi və konstitusion çoxluğun dəstəyi tələb olunur. Məhz bu çoxluğun təmin olunması məsələsi müəyyən suallar doğurduğundan prosesin bir qədər vaxt aparacağı gözlənilir”.
Ş.Həsənova qeyd edib ki, seçkilərdən sonra Paşinyan ona qarşı çıxan müxalif qüvvələrə və parlamentdə təmsil olunan bəzi siyasi fiqurlara qarşı hüquqi addımlar atmaqla siyasi mövqeyini gücləndirməyə çalışır: “Bu prosesin bir müddət davam edəcəyini düşünürük. Nəticədə Konstitusiyaya dəyişikliklə bağlı məsələ parlamentə çıxarıldıqda, müxalifət daxilində də bunu dəstəkləyən deputatların olacağı istisna deyil. Paşinyan seçki kampaniyasında sülh gündəmini əsas prioritet kimi təqdim edib və bu istiqamətdə real nəticə əldə etmək üçün Azərbaycanın irəli sürdüyü Konstitusiya dəyişiklikləri tələbinin yerinə yetirilməsi zəruridir. Azərbaycan regionda dayanıqlı sülhün əldə olunmasında maraqlıdır və hazırda tərəflər arasında de-fakto sülh mühiti formalaşıb. Azərbaycan bu sülhün möhkəmləndirilməsi istiqamətində praktik addımlar atır. Belə ki, ölkəmiz öz ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb. Bundan başqa, Azərbaycandan Ermənistana 10 min tondan çox neft məhsulu ixrac edilib. Bu addımlar Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də Azərbaycanın sülh prosesinə sadiqliyini bir daha nümayiş etdirir: “Əgər Azərbaycan Ermənistana neft məhsullarının ixracını həyata keçirməsəydi, Ermənistanın idxal etdiyi ölkələrdə yaranmış çətinliklər fonunda bu ölkə daha ağır vəziyyətlə üzləşə bilərdi. Azərbaycan hüquqi baxımdan sülh müqaviləsi hələ imzalanmasa da, de-fakto sülhün möhkəmləndirilməsi istiqamətində addımlar atmaqla regionda sabitliyə töhfə verir. Ermənistan cəmiyyəti də mövcud reallıqları nəzərə alacaq və Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirildiyi təqdirdə sülh prosesini dəstəkləyəcək. Paşinyan da açıqlamalarında ilin sonuna qədər Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsinin parlamentə təqdim ediləcəyini bildirib. Bu isə onu deməyə əsas verir ki, məsələ yaxın aylarda gündəmə gələcək və ən geci bu ilin sonu və ya gələn ilin əvvəlində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün ola bilər”.

“Vaxt itirilir”

Politoloq Tofiq Abbasov deyib ki, Ermənistan sülh prosesində hələ də konkret addımlar atmır. O, bildirib ki, mövcud siyasi şəraitdə Ermənistanın sülh istiqamətində daha dinamik mövqe nümayiş etdirməsi vacib olsa da, rəsmi İrəvan hələ də bu istiqamətdə konkret addımlar atmır: “İyulun 7-dək Ermənistan hakimiyyəti seçkiləri əsas gətirərək sülh prosesindəki ləngiməni daxili siyasi gündəmlə izah etməyə çalışırdı. Lakin seçkilər başa çatdıqdan sonra da vəziyyət dəyişməyib.Konstitusiya islahatları ilə bağlı verilən vədlər barədə Baş nazir Nikol Paşinyan hələ də aydın mövqe ortaya qoymur. Ümumilikdə isə prosesin hansı istiqamətdə inkişaf edəcəyinə dair konkret mənzərə görünmür. Ermənistanda davam edən daxili siyasi çəkişmələr ölkənin ictimai-siyasi həyatında gərginliyi artırır və hakimiyyət bu vəziyyətdən sülh prosesini ləngitmək üçün əsas kimi istifadə etməyə çalışır. Bu yanaşma düzgün deyil. Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda çıxışı zamanı qeyd etdi ki, artıq təxminən bir ildir bölgədə təmin olunmuş sülh şəraiti mövcuddur. Belə olan halda, sülh istiqamətində növbəti addımların atılması üçün əlavə vaxt itirməyə ehtiyac yoxdur”.
Tofiq Abbasov xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra paraflanmış sənəd sülh prosesinin irəliləməsi üçün mühüm yol xəritəsi rolunu oynayır: “Buna baxmayaraq Ermənistanın siyasi rəhbərliyi üzərinə düşən məsuliyyəti lazımi səviyyədə nümayiş etdirmir və prosesi müxtəlif bəhanələrlə uzadır.
Sülh prosesi operativ yanaşma tələb edir və tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetirmələri əsas şərtdir.
Prezident İlham Əliyev dəfələrlə Paşinyanın və onun komandasının diqqətinə çatdırıb ki, onlar üzərlərinə düşən ev tapşırıqlarını yerinə yetirməlidirlər. Buraya Vaşinqtonda müəyyən edilmiş çərçivəyə uyğun addımların atılması, kommunikasiyaların açılması və 3+3 regional əməkdaşlıq platformasının fəaliyyətə başlaması üçün zəruri işlərin görülməsi daxildir”.
Politoloq hesab edir ki, Ermənistan hakimiyyəti daxili siyasi gündəmi əsas gətirərək həm Azərbaycanla sülh prosesini, həm də regional əməkdaşlıq layihələrinin icrasını təxirə salmağa çalışır.
Onun fikrincə, bu yanaşma regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasına xidmət etmir.

Böyük güclərin aləti

Politoloq Azad Məsiyev diqqətə çatdırıb ki, Ermənistan tarixən müstəqil və suveren siyasət yürüdən dövlət olmayıb, müxtəlif dövrlərdə böyük güclərin təsiri altında fəaliyyət göstərib.
O qeyd edib ki, istər çar Rusiyası dövründə, istərsə də sonrakı mərhələlərdə Ermənistan öz siyasətini müstəqil şəkildə müəyyənləşdirməyib: “Erməni xalqı tarix boyu böyük güclərin əlində alətə çevrilib və onların maraqlarına xidmət edib. Əvvəllər Rusiya bu təsirə malik idisə, bu gün Nikol Paşinyan hakimiyyəti Qərbin təsiri altındadır. Paşinyan Ermənistanın milli maraqlarından deyil, Qərbin geosiyasi maraqlarından çıxış edir. Bunun əsas səbəbi Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütməməsidir. Paşinyan hakimiyyəti regionda qlobal güclərin maraqlarını toqquşdurur ki, bu da Cənubi Qafqazda sabitlik üçün ciddi risk yaradır.
Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə də “böyük Ermənistan” ideyasını müdafiə edən bəyanatlar səsləndirib. Qarabağ Ermənistandır və nöqtə ifadəsi məhz Paşinyana məxsus idi. Həmin dövrdə Ermənistan rəhbərliyi və hərbi dairələri yeni torpaqlar əldə etmək, hətta Bakıya qədər irəliləmək kimi iddialar irəli sürürdülər. Lakin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi və Dəmir yumruq əməliyyatı bu siyasətin iflasa uğradığını göstərdi”.
Ekspert hesab edir ki, müharibədən sonra yaranmış yeni geosiyasi reallıqlara baxmayaraq, Ermənistan Qərbin siyasi dəstəyinə arxalanaraq yenidən regionda gərginlik yaratmağa cəhd göstərir: “Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında hərəkət edirdisə, indi erməni diasporu və lobbilərinin dəstəyi ilə Qərbə söykənməyə çalışır. Rusiya beynəlxalq arenada əvvəlki mövqeyini itirdiyi üçün Ermənistan ABŞ və digər Qərb ölkələrinin dəstəyindən istifadə etməklə öz məqsədlərini həyata keçirmək istəyir. Paşinyan hakimiyyətinin Qərbi əsas siyasi dayağa çevirməsi gələcəkdə də Azərbaycana qarşı sərt və aqressiv siyasətin davam etdirilməsi riskini artırır.
Erməni siyasi düşüncəsində böyük Ermənistan ideyası hələ də qalmaqdadır və Paşinyanın siyasətində də bu yanaşmanın izlərini görmək mümkündür”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 İyul 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri