Icma.az
close
up
RU
İrəvan ev tapşırığı nın icrasına BAŞLADI

İrəvan ev tapşırığı nın icrasına BAŞLADI

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib. 

Bu barədə Ermənistan mediası məlumat yayıb. Hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlan bəyanatda bu il 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır. 

Parlament bu bəyanatla Ermənistan və Azərbaycan ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır. 

Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb. Bəyanat layihəsini qəbul edən Ermənistan bundan sonra hansı addımlar atacaq?

Məsələ ilə bağlı millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda çərçivə sülh sazişi imzalanıb: 

“Bu müqavilədə Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində nəzərdə tutulan bir çox müddəalar öz əksini tapıb. Ancaq eyni zamanda, Azərbaycanın haqlı tələbləri var. Həm ədalətə, həm də beynəlxalq hüquqa söykənən tələblər yerinə yetirilməlidir. 

Obrazlı şəkildə Azərbaycan Prezidenti 8 avqust görüşündən dərhal sonra mətbuata verdiyi açıqlamada da xüsusi olaraq vurğuladı ki, Ermənistana bir “ev tapşırığı” da verilib. Həmin “ev tapşırığı”na riayət edəndən sonra sülh müqaviləsinin imzalanması mümkündür. 

Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı  ərazi iddialarından konstitusion müstəvidə əl çəkilməlidir. Bunun üçün də Ermənistanda referendum olmalıdır. Bu, əsas tələblərdir.

Eyni zamanda, demarkasiya, delimitasiya prosesində, həmçinin digər məsələlərdə, kommunikasiya qovşaqlarının açılmasında da Ermənistanın üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Nəhayət etibarilə, sülhü təklif edən tərəf də bizik. Yəni biz maraqlıyıq ki, sülh imzalansın”. 

Millət vəkilinin sözlərinə görə, sülhün imzalanması həm də regionda dayanıqlı sülhə və sabitliyə nail olunması deməkdir: 

“Bu da bizim dövlət maraqlarımıza xidmət edir. Müharibədən sonrakı dönəmdə ilk olaraq sülh istəyən tərəf də bizik. Beynəlxalq hüququn beş baza prinsipi əsasında sülh müqaviləsi imzalanmasını hədəfləyən, istəyən də biz olmuşuq. 

Bu baxımdan, Ermənistan da onun fərqində olmalıdır ki, əslidə sülh müqaviləsinin imzalanması bizdən çox Ermənistana lazımdır. Çünki Ermənistan 30 illik işğal dönəmində özünü elə bir həddə gətirib çatdırıb ki, iqtisadiyyatı çökmüş vəziyyətdədir. 

Rusiyadan tam olaraq asılıdır. Kommunikasiya xətləri də bağlıdır. Ermənistan bir dalan dövlətə çevrilib. Türkiyə və Azərbaycanla sərhədlərin açılmasını istəyir. Bu kontekstədə  sülh müqaviləsinin imzalanmalıdır ki, həmin məsələlər də öz həllini tapsın. Ermənistan parlamentində də bu məsələ müzakirə olunaraq qərar qəbul edilməsi müsbət məsələdir. 

Eyni zamanda, Ermənistan tərəfi üzərinə götürdüyü   öhdəlikləri yerinə yetirməlidir ki, nəhayət, yekun sülh müqaviləsi imzalanmış olsun. Biz də qarşı tərəfin bu addımları atacağını, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini gözləyirik. Ondan sonra sülh olacaq”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: İrəvan Arzuxan Əlizadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:408
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri