Icma.az
close
up
RU
“Paşinyanın bu mövqeyinə Əliyevlə müzakirələrin təsiri olub” “İki məqsəd güdə bilər...”

“Paşinyanın bu mövqeyinə Əliyevlə müzakirələrin təsiri olub” “İki məqsəd güdə bilər...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin gələn ilin yazında İrəvanda keçiriləcək sammitinə qədər Azərbaycan Prezidenti İlham Əliyevlə sülh sazişini imzalamağı arzulayır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib. Ekspertin fikrincə, Paşinyan bu niyyətlə iki məqsəd güdə bilər:

1. Sülh sazişi Avropa liderlərinin İrəvandakı toplantısına qədər imzalansa, bu, Paşinyanın parlament seçkiləri ərəfəsində reytinqini yüksəldə bilər. Bu isə onun üçün həyati əhəmiyyət daşıyır.

2.Sazişin vaxtında imzalanması Prezident İlham Əliyevin həmin tədbirdə iştirakına şərait yaradacaq. Bu iştirak Avropa İttifaqı üçün arzuolunandır. Paşinyan da Əliyevin İrəvanda olmasını istəyir. Bu, eyni zamanda onun gələcəkdə Bakıda keçiriləcək “Avropa Siyasi Birliyi” tədbirinə qatılmasının yolunu aça bilər.

Lakin bu istəyin reallaşması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Paşinyan mayın 26-da keçirilən “İrəvan Dialoqu – 2025” forumunda bu məsələyə dolayısı ilə toxunub: “Əgər Konstitusiya Məhkəməsi sülh sazişini təsdiq etməsə, Konstitusiya dəyişikliyi təşəbbüsü ilə özüm çıxış edəcəyəm. Sülh sazişinin imzalanmasına imkan verilməməlidir”.

Bu açıqlama, Konstitusiyanın sülh sazişinə qədər dəyişməsə də, onun imzalanmasına əsas maneənin aradan qaldırılması niyyətini ortaya qoyur. Paşinyan həmçinin bildirib ki, saziş imzalandığı gün ATƏT-in Minsk Qrupunun buraxılması üçün Azərbaycanla birgə quruma rəsmi müraciət ediləcək.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın bu çıxışlarında onun mayın 16-da Tiranada İlham Əliyevlə keçirdiyi görüşün də təsiri hiss olunur: “İndi qalır, bu deyilənləri həyata keçirmək. Əgər Paşinyan sülh sazişini İrəvandakı sammitə qədər imzalamaq istəyirsə, prosesi sürətləndirməli, Konstitusiya dəyişikliyini ya referendum yolu ilə, ya da parlamentdə həyata keçirməlidir”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 May 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri