Icma.az
close
up
RU
Paşinyanın dedikləri cəfəngiyatdır, niyyəti baş tutmayacaq Açıqlama

Paşinyanın dedikləri cəfəngiyatdır, niyyəti baş tutmayacaq Açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

“Ermənistan tərəfi sözdə sülh sazişi imzalamağa hazır olmasını bəyan etsə də, fəaliyyəti ilə bunun əksini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan ən müxtəlif bəhanələrlə bölgədə dayanıqlı sülhün əldə edilməsindən yayınır. Baş nazir Nikol Paşinyanın bu gün İrəvanda səsləndirdiyi fikirlər sülhdə maraqlı olmadığının sübutudur”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Azərbaycan tərəfi dayanıqlı sülhün əldə edilməsi üçün əsas şərtləri ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi və Ermənistan konstitusiyasına dəyişikliklərlə bağlıdır. “Bundan əlavə olaraq Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtlərdən biri hesab olunur. Çox təəssüf ki, Ermənistan tərəfi bunu tamamilə fərqli məcraya yönəltməklə Qərbi azərbaycanlıların öz ata  yurdlarına dönüşünə hər vasitə ilə mane olmağa çalışır. İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir rol oynamayan, əksinə, işğalı təşviq etməklə Cənubi Qafqazda münaqişə ocağının davam etməsinə çalışan ATƏT MQ-nin  fəaliyyətinə xitam verilməsi barədə tələbindən boyun qaçırmaqla məsələni başqa müstəviyə çəkməyə çalışır. Baş nazir Paşinyan  istər bu gün, istərsə də bundan əvvəl dəfərlərlə bəyan edib ki, ATƏT-in Minsk qrupunun buraxılması Ermənistan tərəfi üçün məqbuldur, lakin biz əmin olmalıyıq ki, onların niyyəti münaqişəni Ermənistan ərazisinə keçirmək deyil. “Son illərdə Azərbaycan Ermənistan ərazisinin təxminən 60 faizini “Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Biz dəfələrlə demişik ki, Ermənistanın suveren ərazisində Qərbi Azərbaycan ola bilməz”, - Paşinyan qeyd edib. Paşinyanın dedikləri cəfəngiyatdır və Azərbaycanın belə bir niyyəti yoxdur.  Onun bu niyyəti baş tutmayacaq. Əgər Azərbaycanın belə bir niyyəti olsaydı, o zaman sülh təşəbbüsü ilə çıxış etməzdi. Onu da xüsusilə vruğulamaq istəyirəm ki, bir neçə gün öncə cənab Prezident İlham Əliyevin Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına  ünvanladığı müraciətdə məsələ ilə bağlı Azərbaycanın mövqeyini aydın şəkildə beynəlxalq aləmə çatdırıb. Prezidentin həmin müraciətində deyilir: “Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir.
Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir. Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır. 

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir.

Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.

Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur”. 

Bəli, cənab Prezidentin də bəyan etdiyi kimi, Ermənistan tərəfi sülhdən yayınıb vaxtı uzatmaq üçün belə fikirlər ortaya atmaqla beynəlxalq aləmi çaşdırmağa çalışırlar. Ancaq Qərbi azərbaycanlıların öz ata yurdlarına dönüşü beynəlxalq gündəlikdə olan məsələdir. Onsuz da Ermənistan tərəfi Azərbaycanın digər şərtləri kimi bu tələbini də qəbul etmək məcburiyyətində qalacaq. Çünki Qərbi Azərbaycan icması təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmadan bölgədə davamlı sülhün  bərqərar olmasından danışmaq mümkün deyil. Bunun başqa yolu da yoxdur. Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycanın şərtini qəbul etməməyin əksi onlar üçün növbəti fəlakət deməkdir. İnanmaq istərdim ki, Ermənistan son illərin acı təcrübəsindən nəticə çıxararaq fəlakəti deyil, bölgədə davamlı sülhün bəqərar olması üçün Bakının şərtlərinin icrası istiqamətində real addımlar atacaq. Ermənistan onu da anlamalıdır ki, vaxt uzatmaqla heç nəyə nail ola bilməyəcək, əksinə  daha əlverişsiz vəziyyətlə üz-üzə qalacaq”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 May 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see292

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see268

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see264

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see258

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see252

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see243

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see227

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see223

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see217

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see217

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see203

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see203

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see202

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see195

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see188

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see177

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see166

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri